Məzmuna keç

keyfiyyət

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı keyfiyyət keyfiyyətlər
Yiyəlik halı keyfiyyətin keyfiyyətlərin
Yönlük halı keyfiyyətə keyfiyyətlərə
Təsirlik halı keyfiyyəti keyfiyyətləri
Yerlik halı keyfiyyətdə keyfiyyətlərdə
Çıxışlıq halı keyfiyyətdən keyfiyyətlərdən
  • azərbaycanca: keyfiyyət

Mənalar :[1]https://web.archive.org/web/20140813052130/http://azerdict.com/izahli-luget/Keyfiyy%C9%99t

    1. Bir şey və ya şəxsi başqasından fərqləndirən xüsusiyyət, əlamət (əsasən, müsbət xüsusiyyət, əlamət). İnsanın ən yaxşı keyfiyyəti. – Yoxsa bu keyfiyyətə rah neçin verməyir? Gah verir filməsəl, gah neçin verməyir? M.Ə.Sabir.
    2. Bir şeyin dəyərlik, yararlıq, ləyaqət dərəcəsi. Hər yerdə kəmiyyət, keyfiyyət barəsində danışıq gedirdi. S.Hüseyn. Dərs keyfiyyəti uğrunda ciddi mübarizə aparırlardı. S.Rəhimov.
    3. (Fəlsəfə) Əşyanı, hadisəni və ya prosesi, onun başqa şey deyil, məhz özü olduğunu müəyyənləşdirən xüsusiyyət. Kəmiyyət və keyfiyyət. Kəmiyyətin keyfiyyətə keçməsi qanunu (dialektikanın əsas qanunlarından biri).
    4. Qəziyyə, vəziyyət, hadisə. [Hacı Nuru şair:] Hələ bir qulaq asın, [şeri] oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm. M.F.Axundzadə. Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət. Səhər qızın atası, Hacı Əbdüləzimin dükanına gedib keyfiyyəti söylədi. Ə.Haqverdiyev.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]