Məzmuna keç

iradə

Wiktionary saytından

azərbaycanca: iradə

Mənalar :

  1. İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. İradə qüvvəsi. İradə zəifliyi. – [Doktor:] ..Hər çətinliyi ortadan qaldıran iradədir. A.Şaiq. Min bir əzaba dözdün, iradən sarsılmadı; Qəlbindən hicran yükü daş kimi asılmadı. S.Rüstəm. Əjdər Mirzə Hüseynin sözlərində böyük iradə və inam olduğunu hiss edirdi. S.Rəhman. // Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət, inad. [Səbirə:] Birdən zərfi əlimdə gördüm. Qaytarmağa iradəm çatmadı. M.Hüseyn.
  2. İstək, arzu, könül, tələb. İradəsini yerinə yetirmək.
  3. köhn. Əmr, hökm, fərman. // Niyyət, məram. [Vəzir:] A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Ü.Hacıbəyov. _ İradə etmək (buyurmaq) köhn. – əmr vermək, hökm etmək, buyurmaq. Pəs o biri rəfiq iradə etdi ki, daxil olsun, onun da halı bu qərar ilə oldu. M.F.Axundzadə.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]