Məzmuna keç

imkan

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı imkan imkanlar
Yiyəlik halı imkanın imkanların
Yönlük halı imkana imkanlara
Təsirlik halı imkanı imkanları
Yerlik halı imkanda imkanlarda
Çıxışlıq halı imkandan imkanlardan
  • azərbaycanca: imkan
  • Əski əlifba: ایمکان

Mənalar :[1]https://web.archive.org/web/20131023073447/http://azerdict.com/izahli-luget/Imkan

    1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma. Nə dildə olsa olsun elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani. ..Kömək etmək imkanı əldə ikən, bu vəzifədən boyun qaçırmaq .. insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi. ..Asanlıqla odun gətirməyə imkan vardı. Ə.Əbülhəsən. // Əlverişli şərait. _ İmkan gözləmək – bir işi həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək, fürsət gözləmək. İmkan olmamaq – mümkün olmamaq, müyəssər olmamaq. Səni görsəm özüm ilə həsədimdən ölərəm; Bu səbəbdən mənə vəslin dəxi imkan olmaz. S.Ə.Şirvani. İmkan tapmaq – bir işi həyata keçirmək üçün əlverişli yol tapmaq, fürsət tapmaq. [Qaçaqlar] kütləvi talana imkan tapa bilmədilər. M.S.Ordubadi. [İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov. İmkan verməmək – mane olmaq, yol verməmək, qoymamaq. İmkan yaratmaq (vermək) – bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq, yol vermək. Ayıq ol, döyüşə yaratma imkan; Hər kiçik iş üçün tökülməsin qan. A.Şaiq. Qadınına gəldikdə onun yaşaması üçün geniş imkan yaratmalısan. M.S.Ordubadi. İmkan yoxdur – mümkün deyil, ola bilməz, imkan xaricindədir.
    2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait. Maddi imkanlar. Yaşamaq, çalışmaq, oxumaq üçün hər cür imkan və şərait yaranmışdır. – Təsərrüfatın daxili imkanlarından geniş istifadə edilir. (Qəzetlərdən). // İqtidar, qüvvə, vəsait. Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Ə.Haqverdiyev. ◊ İmkan daxilində – nə qədər imkan varsa, güc çatdığı qədər. ..İmkan daxilində bəzi ədəbi mülahizələr söyləmək istəyirəm. S.Rəhimov. İmkan xaricində olmaq – mümkün olmamaq, həyata keçirməyə güc, bacarıq çatmamaq, bacara bilməmək. ..O zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. M.S.Ordubadi.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]