Məzmuna keç

Zülm



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü, zülm edənlərin gücündən daha çoxdur. Malkolm X
  • Batilə yardım edən, haqqa zülm edər. Əli
  • Düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin. Həzrəti İsa
  • Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub. Reşat Nuri Güntekin
  • Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalini qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağılımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra.. İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım. Alber Kamyu
  • Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.[1] İmam Kazım
  • Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir. [2]Əhməd bəy Ağaoğlu
  • Müəllimdən işgəncə görməyən həyatda zülm çəkər. Sədi
  • Savaşın ən üstünü adamları sıxışdıran, onlara zülm edən padşahın qarşısında doğru söz söyləməkdir. Məhəmməd peyğəmbər
  • Sənət üçün soyunanı alqışlayanlar Allah üçün geyinənə niyə zülm edər? Aliya İzzetbeqoviç
  • Torpağa mərhəmət xeyirdir inan,
    Lütf etsən gül verər, zülm etsən tikan. Nizami Gəncəvi
  • Veriləcək tək qərar intiqamdır. Bir qan davası, və bir məqsədi var boş yerə deyil. Dəyərlər və dürüstlük vaxtı gəldiyində qazanacaq, və zülm sona çatacaq bilirəm V for Vendetta
  • Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər. Əli
  • Zülm ilə abad olan bir gün gəlir bərbad olur. Azərbaycan atalar sözləri/Z
  • Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar. Hind atalar sözləri
  • Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir. Qırğız atalar sözləri
  • Zülmün axırı olmaz. Azərbaycan atalar sözləri/Z

İstinadlar

[redaktə]
  1. Biharul-Ənvar, c.78, səh.323, hədis 23
  2. "Bizim millətçilər" məqaləsindən