Təsəlli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin bağqaların da başına gəlməsinə sevinib təsəlli tapır. Aristotel
- Ana! Mən hələ sənin üçün uşağam. Axı niyə başımı qucağına qoyub ağlaya bilmirəm? Niyə axı mən güclü olmalı və hər şeyə tab gətirməliyəm? Axı mən də ağlamaq və təsəlli verici sözlər eşitmək istəyirəm. Erix Mariya Remark
- Aşiq sazla, məşuq nazla təsəlli verir. Türk atalar sözləri
B
[redaktə]- Bəzən biz itkinin özündə təsəlli tapırıq, bəzən isə onu əldə etməyə görə acı-acı ağlayırıq. Uilyam Şekspir
D
[redaktə]- Dilənçiliyin kiçik bacısı var, həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir, bu-biganəlikdir. Jül Renar
Ə
[redaktə]- Ədalət - haqqın təsəllisi, zülmün tənəzzülü, bəşər ruhunun feyz mənbəyi, insanlığın ən çox istədiyi və ən çox da uzaqlaşdırıldığı dəyərdir. Füyuzat jurnalı
- Əksəriyyətimiz üçün xoşbəxtlik maddi zənginliklə əlaqədardır. Lakin mal-mülkün təkbaşına xoşbəxtlik gətirmədiyi də ortadadır. Bunun üçün gözümüzü diqqətlə açıb baxmağımız kifayət edər. Hər cür naz-nemətə malik olmalarına baxmayaraq, sakitləşdirici dərmanlardan istifadə edən, ya da təsəlli tapmaq ümidiylə alkoqola məğlub olan insanlar tanıyırıq. Bunun əksinə, heç bir şeyi olmasa da xoşbəxt, dinc, sağlam həyat yaşayan insanlar da var, kifayət qədər də uzun ömür sürürlər. Dalay Lama
H
[redaktə]- Heç bir şey haqqında soruşmayan insanlar ən yaxşı təsəlli verənlərdir. Aleksandr Düma (ata)
İ
[redaktə]- İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. Paulo Koelyo
Q
[redaktə]- Qadın elə bir mələkdir ki bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Avreli Avqustin
Ö
[redaktə]- Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı - öz hünərindir. Alman atalar sözləri
S
[redaktə]- Sənə təsəlli verən, öləndə gözlərini bağlaya biləcək dostunun olmaması necə də kədərlidir. Alfred Nobel
- Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson
Y
[redaktə]- Yaman gündə təsəlli - quraqlıqda yağış kimidir. Xindi atalar sözləri
- Yuxusuzluqdan əziyyət çəkənlərin yeganə təsəllisi — mürgüləyən dünyanın üstünlüyünü duymaqdır. Leonard Koen