Tənqid
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Alimin nişanələrindən biri də öz sözünü tənqid etməsi və müxtəlif görüşlərin həqiqətindən xəbərdar olmasıdır. İmam Hüseyn
B
[redaktə]- Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
- Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur. Edqar Allan Po
E
[redaktə]- Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün hardansa “Molla Nəsrəddin”in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə. Cəlil Məmmədquluzadə
Ə
[redaktə]- Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
X
[redaktə]- Xalqa tənqid və şikayət etmək ixtiyar verilməlidir, gizli nifrət açıq nifrətdən təhlükəlidir. Deni Didro
H
[redaktə]- Həmkarlarım nəyə görə məni tənqid edirlər? Çünki bilirlər ki, səhər onlar qəzetlərin ilk səhivəsində yer alacaqlar. Onlar üçün havayı və əla reklamdı. Joze Mourinyo
İ
[redaktə]- İnsanlar sizdən onları tənqid etmənizi xahiş edərlər, amma qəlblərində istədikləri yalnız tərifdir. Uilyam Somerset Moem
M
[redaktə]- Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir. Marqaret Tetçer
- Müdrikin dilindən çıxan tənqid, axmağın dilindən çıxan tərifdən dəyərlidir. Yəhudi atalar sözləri
- Müəllifi tənqid etmək asan, qiymətləndirmək çətindir. Lyuk de Klapye Vovenarq
O
[redaktə]- Oğurlamaq malın sahibindən olur. tənqid edənlər oynaya bilməz, mənim etdiyim yalnız təmizləməkdi. V for Vendetta
P
[redaktə]- Parodiyalar və karikaturalar tənqidlərin ən nüfuzlu hissəsidir. Oldos Haksli
S
[redaktə]- Sən özünü bilirsənsə, bil ki, özünü bilməzlərin söylədikləri mənasızdır. Unutma gərəksiz tənqid yalnız gizli heyranlıqdır. Çingiz Aytmatov
- Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir. Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur. Robin Şarma
T
[redaktə]- Tənqid cəmiyyətin mühərrikidir.[1] Fuad Ələkbərov
- Tənqid, ədəbiyyat və sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir. Aleksandr Puşkin
- Tərifləmək və ya tənqid etmək müdrik adamın tarazlığını poza bilməz. Qautama Budda
Ü
[redaktə]- Ürəyin nəyi əmr edirsə onu et. Onsuz da hər bir halda səni tənqid edəcəklər. Sən bunu etsən də, səni mühakimə edəcəklər, etməsən də. Eleanora Ruzvelt
V
[redaktə]- Vaxtilə Fransız hökumətindən biri Napoleon Bonapartı bir müharibə əsnasında tənqid edib barmağını xəritə üzərində gəzdirərək: Əvvəl buranı almalı idiniz, sonra burdan keçərək kənarını zəbt etməli idiniz, kimi fikirlər icra edincə, Napoleon :"Bəli, onlar barmaqla alına bilsəydi, dediyin kimi edərdim". Napoleon Bonapart
Y
[redaktə]- Yandan ötüb keçirsənsə, tənqid etmək çox asandır. İşiquro Kazuo
İstinadlar
[redaktə]- ↑ ""Şotlandiyanın Xocalı soyqırımını tanıması zaman məsələsidir"". modern.az. modern.az. 20 fevral 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.