Söz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağ yağış olar dağda-daşda, atalar sözü - ağıllı başda. Monqol atalar sözləri
- Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır. (ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
- Ağızınızdan çıxanlara daim fikir verin. Çünki bir sözü unutmaq bir üzü unutmaqdan çox daha uzun vaxt alır. Lui Araqon
- Axmağın qəzəbi onun sözlərində, ağıllının qəzəbi onun əməllərində özünü büruzə verir. Konfutsi
- Axmağın min sözü, ağıllının bir sözünə dəyməz. Qırğız atalar sözləri
- Aristotel "Gözəl söz nədir?" sualına cavab olaraq "Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir" demişdir. Şarl Aleksandr Kalonn
- Atalar sözləri - şəhadət barmağında daim parlayan qızıl üzükdür. Alfred Tennison
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
[redaktə]- Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
- Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et. (Uilks)
- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
- Bu ziddiyyətli məqsədlərdən iki bir-birinə zidd olan təhsil sistemləri yaranır. Biri ictimai və çoxları üçün ümumi, digəri özəl və məişətdir. Əgər xalq təhsilinin nə demək olduğunu bilmək istəyirsinizsə, Platonun Cümhuriyyətini oxuyun. Kitabları sadəcə adlarına görə mühakimə edənlər bunu siyasət haqqında risalə kimi qəbul edirlər, lakin bu, təhsil haqqında indiyə qədər yazılmış ən gözəl risalədir. Məşhur hesablamalara görə, Platon İnstitutu xəyali və real olmayan hər şeyi müdafiə edir. Öz tərəfimdən mən Likurqun sistemini sadəcə olaraq yazmağa vadar etsəydi, onu daha qeyri-mümkün hesab edərdim. Platon yalnız insanın qəlbini təmizləməyə çalışırdı; Likurq onu təbii yolundan çevirdi. İctimai institut yoxdur və ola da bilməz, çünki nə ölkə var, nə də vətənpərvər. Sözlərin özü dilimizdən silinməlidir. Səbəbin hazırda bizə aidiyyatı yoxdur, bilsəm də açıqlamaqdan çəkinirəm. "Yaşamaq nəfəs almaq deyil, hərəkət etməkdir; bu, orqanlarımızdan, hisslərimizdən, qabiliyyətlərimizdən, varlığımızın hisslərini bizə bəxş edən bütün hissələrimizdən istifadə etməkdir" Jan Jak Russo
- Bütün insanlar eyni sözlərdən istifadə edirlər, ancaq yenə də bir-birlərini başa düşmürlər (Oktavio Pas)
Ç
[redaktə]- Çox danışmaq- qiymətli sözü də qiymətdən salar. Hümam Təbrizi
D
[redaktə]- Demədiyim sözdən heç vaxt peşman olmamışam, lakin çox olub ki, dediyimdən qan və torpaq içində yatmışam. Əbdürrəhman Cami
- Deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyar. (Ataullah İsgəndəri:İslam alimi)
- Dildə deyilməsi və yerində istifadə edilməsi ən çətin söz məndir. Alfred De Viqni
- Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü söyləyə bilməməyim ucbatından yazıçı oldum. Stanislav Eji Lets
E
[redaktə]- Elə insanlar olur ki, həmişə yalnız ağıllı və yaxşı sözlər danışır, amma hiss edirsən ki, onlar kütbeyin insanlardır. Anton Çexov
Ə
[redaktə]- Əgər insan gün ərzində bircə xeyirxah söz eşidib, bir xeyirxah hərəkətə rast gəlib, bir xeyirxah iş görübsə, deməli, həmin günü əbəs yaşamayıb. Çin atalar sözləri
- Əgər söz olmasaydı, mövcüdatı tanımaq olmazdı. Fəzlullah Nəimi
G
[redaktə]- Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır. Nikola Şamfor
- Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan sözü ilə yoxlayarlar. Əbül Fərəc
H
[redaktə]- Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
- Heyvanı qulağından tanıyarlar, insanı sözündən. Qırğız atalar sözləri
- Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin. Abbasqulu ağa Bakıxanov
- Hər sözü dilə gətirmək mümkündür, lakin hər sözü ağla qandırmaq şətin və müşküldür. Qətran Təbrizi
X
[redaktə]- Xoş söz böyük hədiyyədən qiymətlidir. Alman atalar sözləri
İ
[redaktə]- İnək duza aldanar, insan sözə. Gürcü atalar sözləri
- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
K
[redaktə]- Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır.[1] Konfutsi
- Köynəyin ləkəsi su ilə gedər, ürəyin ləkəsi söz ilə. Qaraqalpaq atalar sözləri
N
[redaktə]- Nitqin gücü az sözlə çox şey demək bacarığındadır. Plutarx
S
[redaktə]- Səbrdən danışmağı sevmirəm. Bu sözü lüğətinizdən çıxarın. Onore Mirabo
- Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar. Jan de Labrüyer
- Söz azadlığını qanunlar həll edə bilməz. Öz düşüncəni deyibdə cəza almamaq üçün, cəmiyyətin də bunu qəbul etməyi vacibdir. Albert Eynşteyn
- Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar. Əhvədi.
- Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də. (Tolstoy)
- Söz bütün faktların, bütün fikirlərin geyimidir. Maksim Qorki.
- Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir”. Həzrəti Əli
- Söz dərman kimidir- qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. Viktor Kambon
- Söz dinləməyi bilməyən söz dinlətməyi bilməz. Aristotel
- Söz doğru, hərəkət isə qəti olmalıdır. Konfutsi.
- Söz əsər eləməyənə, çubuq da kömək etməz. Sokrat.
- Söz həyatın ən böyük silahıdır. V. Korilenko.
- Söz insan qüdrətinin böyük sərkərdəsidir. Vladimir Mayakovski
- Söz mənadan asılıdır, məna sözdən hər zaman,
- Bir-birindən asılıdır, necə ki, cism ilə can. Məhəmməd Füzuli
- Söz var insanı yola gətirər, Söz var insanı yoldan çıxarar. Humam Təbrizi
- Söz yağış kimidir - birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda- fəlakət. Rəsul Həmzətov
- Söz yanığı köz yanığından bərk olur. Qırğız atalar sözləri
- Sözlə öldürmək də olar, xilas etmək də. Sözlə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da. (İohann Şefler: Alman filosofu)
- Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir. Aleksandr Pop
- Sözlərin ən pisi yalandır. Həzrəti Əli
- Sözü yadinda saxlayan agilli, nagili yadinda saxlayan isə müdrik olur. Monqol atalar sözləri
- Sözün atası ağıl, anası dildir. Qaraqalpaq atalar sözləri
- Sözün, şerin qiyməti onun düzlüyündədir. Məhəmməd Füzuli
- Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur. (M.Monten)
Ş
[redaktə]- Şirin söz baş gicəldər. Malayal atalar sözləri
T
[redaktə]- Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir. Sokrat
Ü
[redaktə]- Üç şey: atilmiş ox, deyilmiş söz və keçmiş günlər heç vaxt geri qayitmir. (G.F.Daumer)
Y
[redaktə]- Yalnız qadağan edilmiş söz təhlükəlidir. K.Bernar
- Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[2]