Məhəmməd Əli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir çox qara insanın başı dərddədir. Amma onlar azad olmadıqca mən də azad ola bilmərəm.
- Bir döyüşü məşqdən əvvəl, məşq zamanı və ya məşq sonrasında deyil, hələ yorğanmın altında rəqs etməyə başlamazdan çox əvvəl qazanmış ya da itirmiş oluram.
- Bir həyatımız var, yaxında keçmişdə qalacaq. Yalnız Allah üçün etdiklərimiz sonsuza qədər qalacaq.
- Birinə dəstək olmaq bu dünyada işğal etdiyimiz bir ərazinin kirayə haqqıdır.
- Böyük bir çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Elə olmasan belə, elə imişsən kimi davranmalısan.
- Bu da sadə bir işdir. Otlar böyüyər, quşlar uçar, dəniz dalğalanar. Mən də insanları döyərəm.
Ç
[redaktə]- Çaylar, göllər və kiçik çaylar - bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir.
- Çempionlar salonlardan çıxmaz. Çempionlar içlərində ehtiras, xəyal və məqsəd olan insanlardan çıxar.
- Çətinliklər məni əsla qorxuda bilməz, çünki mən imkansıza heyranam.
D
[redaktə]- Dağa dırmanmağınıza mane olan şey qaya parçası deyil, ayaqqabınızın içindəki xırda daş parçasıdır.
- Dostluq məktəbdə öyrədilən bir şey deyil. Əgər dostluğun anlamını öyrənməmisinizsə, deməli, bu həyatda heç nə bilmirsiniz.
E
[redaktə]- Evdə yaxşı bir insanam, amma dünyanın bunu bilməyini istəmərəm. Çünki, anladığım qədərilə təvazökar insanların qabağı çox da açıq olmur.
Ə
[redaktə]- Əgər insanlar bir-birilərini məni sevdikləri qədər sevsəydi, dünya daha gözəl olardı.
- Əgər məni məğlub edəcəyini xəyal edən varsa, özünə gəlsin və üzr istəsin.
- 50 yaşına çatdığında həyatı 20 yaşında gördüyü kimi görən biri, 30 ilini məhv etmiş deməkdir.
- Ən böyük zəifliyim nə qədər möhtəşəm olmağımın fəqrində olmamağımdır.
H
[redaktə]- Heç məğlub olacağımı düşünməzdim, amma oldu. Belə halda ən yaxşısı bu məğlubiyyəti qəbul etmək. Mənə inananlar qarşısında vəzifəm də elə budur. Çünki vaxt gələcək, hamımız bir məğlubiyyətlə üzləşmək məcburiyyətində qalacağıq.
- Hər gün son günün imiş kimi yaşa, çünki bir gün həqiqətən elə olacaq.
X
[redaktə]- Xəyal etməyi bacarmayan qanadsız quş kimidir.
- Xəyal gücü olmayan insanın qanadları yoxdur. Ağlım kəsirsə və ürəyim inanırsa bacara bilərəm.
İ
[redaktə]- İdmanda uğur çalşmaqdan əlavə istəməklə olur.
- İki zənci adamın döyüşünü bir çox ağ adamın izləməsinə boks deyilir.
- İslam - sülh deməkdir. Müsəlman isə Allaha təslim olmuş şəxs. Fəqət media bizi düşmən kimi göstərməyə çalışır.
K
[redaktə]- Kaş ki insanlar hər kəsi məni sevdikləri kimi sevsəydilər. Dünya çox daha gözəl bir yer olardı.
- Kəpənək kimi uçaram, arı kimi sancaram.
M
[redaktə]- Mən boksun Elvisiyəm.
- Mən ən yaxşısı deyiləm, yaxşıların yaxşısıyam. Rəqiblərimi sadəcə məğlub etməklə razılaşmıram, həm də onları hansı raundda məğlub edəcəyimi belə müəyyən edirəm.
- Mən siqaret çəkmirəm, lakin hər zaman kibrit qutusunu cibimdə daşıyıram. Nə vaxt günah etsəm, bir kibrit yandırıb əlimi onun oduna yaxınlaşdıraram və öz-özümə deyərəm: "Əli, sən bu kiçik oda dözə bilmirsən, Cəhənnəm alovuna necə dözəcəksən..?”
- Mən istərdim ki, insanlar məni sevdikləri kimi bir-birilərini də sevsinlər. Həyat onda gözəl olardı.
- Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət - dünyada ən gülünc şeydir.
- Mən Allahdan var-dövlət istədim, o mənə müsəlmanlığı verdi.
- Mənim qədər möhtəşəm bir insan olduğunuz zaman sıradan bir insan olmaq çətindir.
- Mümkünsüz, özlərinə verilən dünyanın içində yaşamağı, onu dəyişdirmək üçün lazım olan enerjini kəşf etməkdən daha asan hesab edən insanların ortaya attığı böyük bir sözcükdür.
N
[redaktə]- Nə etdiyimi, necə edəcəyimi yaxşı bilirəm, kimsənin dilədiyi kimi hərəkət etmək məcburiyyətində deyiləm. İstədiyim kimi olmaqda azadam.
O
[redaktə]- O qədər sürətliyəm ki, otağımda işiğı söndürməyə qalxdığımda, işıq sönmədən oturduğum yerə qayıda bilirəm.
Ö
[redaktə]- Özünə güvənməmək aşılması vacib olan ən böyük əngəldir. Mənim isə özümə inamım tamdır.
R
[redaktə]- Risk altına girəcək qədər cəsur olmayan biri həyatda heç bir şey bacara bilməz.
S
[redaktə]- Sadəcə birinə yaxşı cavab verə bilmədiyimiz halda "Susmaq qızıldır".
- Sənə mane olan aşmaq gərəkən hündür dağlar deyil ayağının altında qalan xırda daşlardır.
- Səni məhv edən, önündəki dırmanılacaq dağlar deyil, ayaqqabındakı çınqıl daşıdır.
- Susmaq - qızıldır, verilən suala layiq cavab tapmayana qədər.
T
[redaktə]- Tək edə biləcəyim şey doğruluq və dürüstlük üçün savaşmaq. Heç kimin həyatın xilas edə bilmərəm. Superman bir fantastika xarakteri daşıyır, amma mən gerçəyəm.
Y
[redaktə]- Yaxşı bir cavab ağlına gəlməyənə qədər susmaq qızıldır.
- Yaş, nə düşünürsənsə odur. Sən düşündüyün qədər qocalmısan.
- Yuxularınızı gerçəkləşdirməyin ən yaxşı yolu yuxudan oyanmaqdır.
Məhəmməd Əli haqda sitatlar
[redaktə]- Bu iki sözü ayırmaq olmaz: boks və Əli. - Əli İsmayılov[1]