Zeynul Abedin
Zeynul Abedin | |
---|---|
benq. জয়নুল আবেদিন | |
Doğum tarixi | 29 dekabr 1914[1][2] |
Vəfat tarixi | 28 may 1976[1][3][…] (61 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, heykəltaraş |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Zeynul Abedin (benq. জয়নুল আবেদিন) — Banqladeş rəssamı. Onun əsas əsərləri xalq həyatı mövzularına həsr olunub, onlardan ən məşhuru "1943 -cü ildə Benqaliyada aclıq" qrafik seriyasıdır.[4]
Gənclik və təhsil
[redaktə | mənbəni redaktə et]Zeynul Abedin 29 dekabr 1914-cü ildə Şərqi Benqaliyada yerləşən Maymansinqhdə anadan olmuşdur. Atası Təmizuddin Əhməd polis müfəttişi, anası isə evdar qadın idi.[5] O, demək olar ki, bütün uşaqlığını Brahmaputra çayının yaxınlığında keçirmişdir. Daha sonra Brahmaputra çayı onun bir çox rəsmlərində əks olunmuş və həyatı boyu əsas ilham mənbəyinə çevrilmişdir. 1933-cü ildə Zeynul Abedin Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil olmuşdur. Abeninin Brahmaputra çayına həsr etdiyi bir sıra akvarellər 1938 -ci ildə Bütün Hindistan Sərgisində Qubernator Qızıl medalını qazanmışdır. Beləliklə, Zeynul Abedinin özünəməxsus üslubu yaranmışdır.
Azadlıq hərəkatı
[redaktə | mənbəni redaktə et]Zeynul Abedin Banqladeş azadlıq hərəkatının bütün mərhələlərində iştirak etmiş və nəticədə Banqladeş dövlətinin yaradılmasını mümkün edənlərdən biri olmuşdur. O, Benqaliyanın Pakistan hökuməti tərəfindən möhürlənmiş mədəni kimliyini yenidən yaratmaq hərəkatının qabaqcıllarından idi. Abedin 1969-cu ildə Çin mürəkkəbi, akvarel və mumdan istifadə edərək Nobanno vərəqini çəkmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 RKDartists (nid.).
- ↑ Bibliothèque nationale de France Zainul Abedin // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Zainul Abedin // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ АБЕДИН Зейнул. Энциклопедический словарь. 2009.
- ↑ Abedin, Zainul. Benezit Dictionary of Artists. Oxford University Press. 2011-10-31.