Zağaltı
Zağaltı — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd.[1]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020 ci il dekabrın 1 də 28 il 6 aydan sonra Müzəffər Azərbaycan ordusu Ermənistan ordusunu darma-dağın edərək işğala son qoydu.
Tarixi
[redaktə | mənbəni redaktə et]Zağaltı (Alıbəyli) kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayının sağ sahilində bünövrələşən Zağaltı (Alıbəyli) kəndi Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə yerləşir.Kəndimizin əsas bünövrəsi XIX-cu əsrin 60-70-ci illərində qoyulub,kəndin əsas əhalisi Zağaltı (Alıbəyli) kəndindən 30–35 km aralıda yerləşən əsası XVII-ci əsrin ortalarına gedib çıxan Qaraçanlı tayfalarından ayrılmış bir neçə tayfadan ibarətdir.Bünövrə Qaraçanlı,Pircahan kəndinin ərazisində yerləşmişdir.
Bünövrə Qaraçanlıda kənd əhalisinə yer azlıq edəndə yaylaq kimi istifadə olunan indiki,Zağaltı (Alıbəyli) kəndinə gəlib məskunlaşıblar.1935-1936- ci ilərə kimi kəndimiz Alıbəyli kəndi kimi tanınmışdır ,kəndin yaşlı axsaqqalları deyərdi ki,sovet hakimiyyəti gələndən sonra bəylərə pis baxıldığından kəndimizin adın dəyişib kəndin üst tərəfi qayalıqda zağalıq olduğundan Zağaltı kəndi adlandırıblar.Kənddə 1937-1938-ci illərdə kolxozçuluq qurulub,Zağaltı (Alıbəyli) kəndinin ətrafı əkinə və biçinə görə çox yararlı yerlər idi.Kəndin cənub tərəfində Dəmirçi dağının ətəyində cavan qarışıq meşə zolağı kəndimizə xüsusi yaraşıq verirdi.
Bu meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas) ağcaqyın və (cır alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Kənd qərbdən Oğuldərə kəndi,şimal- qərb tərəfdən qayalıqdan və kiçik təpəlikdən ,cənubdan Dəmirçi dağı ,şərqdən isə Qorçu kəndi ilə həmsərhəddir. Qışı istərsə yayl mülayim və az yağıntılı iqlimə maıik idi.Yaylaq kimi kənd sakinləri, Şır-şır,Sarıyoxuş,Divlər,Çınqılınbaşı,Cəhənnəm dərəsi və Cərgə adlı ərazilərdən istifadə edirdilər.Kəndin qabaq tərəfindəki,meşə zolağı demək olarki,qoruq sayılırdı.Kəndimizin sakinləri qış yanacağı üçün 8–10 km uzağa gedib meşə materyallarından gətirib istifadə edirdilər.Kəndimizin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edilirdi.Kəndimizin əhalisi əsasən maldarlıqla məşğul olurdu,əvvəllər əkinçilikdə olubdu,sonralardan iqdisadiyyatın inkişafına görə əkinçilikdən o,qədərdə istifadə olunmurda az da olsa kalxoz üçün müəyyən qisimdə istifadə olunurdu.Kəndimizin 1 Ferşil mama məntəqəsi,1 kitabxanası və 1 mağazası var idi. Kəndimizin ərazisində olan bulaqların adları yəni yadımda qalan Navlı bulaq,Güləsərin bulağı,Zamanın bulağı,Hümbətin bulağı,Alışın bulağı,Sarı bulaq və sair.
Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Kəndin 1 şəhidi var 4 qarabağ əlili və 30-a yaxın qarabağ veteranı varıdır.Kəndin əhalisi bu gün Azərbaycanın 16 rayon və şəhərlərində məcburi köçkün kimi məskunlaşmışdır.
Şəhidlər.1.İsgəndərov Əliqulu Tohid oğlu 1970-ci ildə Zağaltı kəndində doğulub 1992-ci ilin iyun ayında Ağdam rayon istiqamətində gedən döyüşlərdə şəhid olub şəhidin nəşi Bərdə rayon Soğanverdilər kənd qəbirsanlığında dəfin edilib. Kəndimizin hal hazırda Əhalisi və təsərüfatların sayı:180 ailə 789 nəfər 01.01.2023-cü il tarxinə
Ərazisi isə 100500 kv.
Kənddə fətali, balo, həsənuşagı, hacımanlı, süleymanlı, şərəfli alıuşağı türk tayfalarına mənsub əhali yaşayırdı. Zağaltı kəndinin inqilab dovründə Zamanov Yusif,Hümbətov Əlif,Hümbətov İsmayıl,Hümbətov Əsəd,Muradov Alış,Mustafayev Hüseyin, Qarayev Bahadur kimi məşhur el adamı, tanınmış el ağsaqqalları olmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin əhalisi bu gün Azərbaycanın 16 rayon və şəhərlərində məcburi köçkün kimi məskunlaşmışdır.
Zağaltı kəndinin hal hazırda Əhalisi və təsərüfatların sayı:180 ailə 789 nəfər 01.01.2023-cü il tarxinə.
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Nəsirov Musa — Nazirlər kabineti və dövlət qaçqınlar komitəsində şöbə müdürü vəzifəsində çalışmışdır, hal-hazırda təqaüddədir.
- Hümbətov Böyükkişi Əsəd oğlu — müəllim. Uzun müddət qorçu kənd orta məktəbinin direktoru olmuşdur.
- Kərimov Xasay Rəhim oğlu — H.Hacıyev kolxozunun sədri. Sovxo direktoru və s. digər vəzifələrdə işləmişdir.
- Muradov Şahmar Alış oğlu — 35 ildən çox qorçu rabitə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
- Qarayev Maarif Yusif oğlu — müəllim. Qorçu kənd orta məktəbinin,və laçın işğalı zamanı uzun müddət Laçın şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsində çalışmışdır.
- Nüsrəddin Əsədov — Bərdə rayonunda baytar həkimi və müxtəlif vəzifələrdə işləmişdir.
- Qarayev Təvəkkül — uzun müddət kənd təsərüfat nazirliyində çalışmışdır.
- Namiq Zaman — Ağdaş rayonunda məskunlaşıb müəllim işləyir bir neçə kitabın müəllifidir.
- Saday Əsədov — uzun müddət kənd icra nümayəndəsi və müxtəlif vəzifələrdə çalşmışdır.
- Qarayev Rövşən — Neft şirkətində hazırda yüksək vəzifədədir.
- Nəriman Səmədov — Bərdə rayonunda Aqrapromun sədri vəzifəsində çalışmışdır.
Qəhrəmanları
[redaktə | mənbəni redaktə et]- Vahid Zeynalov — II qrup Qarabağ əlili.
- Mehdi Şükürov — II qrup Qarabağ əlili.
- Əflatun Kərimov — III qrup qarabağ əlili.
- Əli Hümbətov — Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. II qrup əlil, Qubadlı və Laçın rayonun azad edilməsi uğurunda Ali baş kamandan tərəfindən medalla təltif edilmişdir.
- Şərafəddin Əsədov — Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlı və Laçın rayonun azad edilməsi uğurunda Ali baş kamandan tərəfindən medalla təltif edilmişdir qarabağ veteranı və III qrup əlildir.
- Tural Səmədov — İkinci Qarabağ müharibəsi qazisi. Laçın rayonun azad edilməsi uğurunda Ali baş kamandan tərəfindən medalla təltif edilmişdir.
- Gündüz Baxşeyişzadə — İkinci Qarabağ müharibəsi qazisi. Cəbrayıl və Qubadlı rayonun azad edilməsi uğurunda Ali baş kamandan tərəfindən medalla təltif edilmişdir, və vətən müharibəsi iştrakçısı medalı ilə təltif edilmişdir.
- Gündüz Əvəzzadə — İkinci Qarabağ müharibəsi qazisi. Füzuli və Cəbrayıl rayonun azad edilməsi uğurunda, Vətən uğurunda medalı ilə Ali baş kamandan tərəfindən təltif edilmişdir, və vətən müharibəsi iştrakçısı medalı ilə təltif edilmişdir.
- Bulud Zeynalov — İkinci Qarabağ müharibəsi qazisi. Kəlbəcər rayonun azad edilməsi uğurunda Ali baş kamandan tərəfindən medalla təltif edilmişdir.
- Cəmşid Zeynalov — İkinci Qarabağ müharibəsi qazisi, Fizuli və Cəbrayıl rayonun azad edilməsi uğurunda, Ali baş kamandan tərəfindən təltif edilmişdir, və vətən müharibəsi iştrakçısı medalı ilə təltif edilmişdir
- Ülvü Nəsirov — İkinci Qarabağ müharibəsi qazisi, Füzuli və Cəbrayıl rayonun azad edilməsi uğurunda, Ali baş kamandan tərəfindən təltif edilmişdir,və vətən mühribəsi iştrakçısı medalı ilə təltif edilmişdir.
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Əliqulu İsgəndərov — 1992 ci ildə Ağdam rayon Əlağalı kənd uğurunda gedən döyüşlərdə şəhid olmuşdur.
- Novruz Zamanov — 26 fevral 1992 ci ildə Xocalı soyqırımı zamanı şəhid olmuşdur.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq idi. Kəndin əsas məşğuliyyəti heyvandarlıqla yanaşı Arıçılıq, əkinçilik(Dənli bitkilər,demyə),toxuculuq (gəvə, kilim, palaz, fərməş) olmuşdur. Köhnə hanalar vasitəsilə bu toxuculuğu inkişaf etdirmişlər. Hana-da həvə, kir-kir, kuju ağacı, vərəng-alan və s. alətlərdən istifadə etmişlər. Dağlıq ərazidə bir neçə su dəyirmanlari (Təhməzin dəyirmani, Tanriverdinin dəyirmanı) olmuşdur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və s. əkirdilər. Meşələri dövlət əhəmiyyətli yasaqlıqlar idi. Meşədə qırmızı palıd, cökə, göyrüş, fıstıq, minlərlə meyvə ağacları mövcud idi. Yüzlərlə müalicəvi əhəmiyyətli təbii bulaqları təsərrüfata yararlı otlaq sahələri mövcud idi.
Zaga altı dağı
[redaktə | mənbəni redaktə et]Laçın rayonunun şimal hissəsində dağ. Hündürlüyü 3413 m. Dağ eyniadlı kəndin adını daşıyır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Zağaltı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |