39°44′29″ şm. e. 47°05′21″ ş. u.HGYO

Yuxarı Veysəlli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yuxarı Veysəlli
39°44′29″ şm. e. 47°05′21″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yuxarı Veysəlli xəritədə
Yuxarı Veysəlli
Yuxarı Veysəlli
Yuxarı Veysəlli xəritədə
Yuxarı Veysəlli
Yuxarı Veysəlli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuxarı VeysəlliAzərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi.[1] 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.[2]

Keçmiş adı Veysəlli olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Veysəlli, bu yaşayış məntəqəsi isə Yuxarı Veysəlli adlandırılmışdır. Veysəlli kəndin əsasını qoymuş nəslin adıdır.[3][4]

Kənd 22 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub[5].

SSRİ dövründə kənd ərazisində "Sosializm" kolxozu təşkil edilmişdir[6].

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi[7][8][9].

Yuxarı Veysəlli kəndinin ərazisi düzənlikdə[4] Xocəvənd şəhərindən 3 km məsafədə, Füzuli şəhərindən 21 km məsafədə yerləşirdi.

22 fevral 1992-ci ildə kənd işğal olunanadək kənddə 120 ev, əhalinin sayı isə 1000 nəfərə yaxın olmuşdur. Bütün evlər təbii qaz, elektrik, su və telefonla təchiz edilmişdir. Kənddə yeni orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, kinoklub, poçt, mağaza olmuşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Yuxarı Veysəlli kəndində təşkil olunan “Sosializm” kolxozu üzümçülük, taxılçılıq və heyvandarlıq sahəsində rayonun ən qabaqçıl təsərrüfatlarından biri olub. 1980-ci ilin əvvəllərində kolxoz ildə 2800-3000 ton üzüm istehsal edib. 1961-ci ildən 1995-ci ilədək, (kolxozlar ləğv edilənədək) 34 il “Sosializm” kolxozunun İdarə Heyətinin sədri, təcrübəli rəhbər Hətəm Allahverdi oğlu Hətəmov olmuşdur. ”Sosializm” kolxozu,qonşuluqdakı erməni əhalidən ibarət olan, Xocəvənd rayonunun (keçmiş DQMV) Çartaz kəndinin “Kommunizm” kolxozu ilə uzun illər rəqabət yarışında olmuşdur və 1980-ci illərdə bir çox iqtisadi göstəricilərinə görə “Kommunizm” kolxozundan da üstün olmuşdur.

Yuxarı Veysəllinin işğalı: video 1 video 2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. 1 2 AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ (PDF) (az.). İKİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. 2007. 287. ISBN ISBN 978-9952-34-156-0. 2023-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-17. (#invalid_param_val)
  5. "Füzuli döyüşür, dəyişir və gözəlləşir". AZƏRBAYCAN MİLLİ KİTABXANASI. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  6. Nemət Veysəlli. "Ağbaşlı torpağı". "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 47.
  7. "Vətən müharibəsinin xronikası: - 7 noyabr". aztv.az. İstifadə tarixi: 2024-01-16.
  8. "Vətən müharibəsinin xronikası: 7 noyabr". AZƏRTAC. 07.11.2023. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  9. "Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib". AZƏRTAC. 07.11.2020. 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]