Yevgeniya Qomon
Yevgeniya Qomon | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ukr. Євгенія Євгенівна Гомон | ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||
Doğum tarixi | 25 mart 1995 (29 yaş) | |||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||
Boyu | 174 sm[1] | |||||||||||||||||||
Çəkisi | 55 kq[1] | |||||||||||||||||||
İdman növü | bədii gimnastika | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
19 oktyabr 2016 tarixində yenilənib. |
Yevgeniya Yevgeniyevna Qomon (25 mart 1995, Zaporojya) — Ukraynanı təmsil edən bədii gimnast. Yevgeniya Qomon 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qomon həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb.
Karyerası
[redaktə | vikimətni redaktə et]Yevgeniya Qomon birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu.
Yevgeniya Qomon 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.