Yeparxiya
Görünüş
Yeparxiya (yun. ἐπαρχία) — sekulyar və ya dini qurumlarda bir növ inzibati ərazi vahidi.
Sekulyar qurumlarda
[redaktə | vikimətni redaktə et]Yeparxiya Roma imperiyası və Bizans imperiyasında mövcud olmuş inzibati ərazi vahidi olub latınca provincia termininin yunanca qarşılığı idi. 840-cı illərə qədər istifadədə olmuşdur.[1] Müasir Kipr Respublikasının inzibati ərazi vahidləri yeparxiya adlanır.
Dini qurumlarda
[redaktə | vikimətni redaktə et]Xristian kilsəsində hər hansı bir inzibati ərazi vahidi yeparxiya adlanır və həmin bölgəyə mitropolit tərəfindən rəhbərlik edilir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Ostrogorsky, George (1956). History of the Byzantine State. Oxford: Basil Blackwell.