Yelena Komarova
Yelena Komorova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Yelena Komorova |
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
Doğum tarixi | 13 iyul 1985 (39 yaş) |
Doğum yeri | |
Boyu | 166 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1998—2009 |
Yelena Komorova (13 iyul 1985, Xerson) — 2003-2006-cı illərdə Ukraynanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.[1]
Karyerası
[redaktə | mənbəni redaktə et]Yelena Komorova 2003-cü ildə İstanbulda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu.[2] Bir il sonra Yelena Komorova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Həmin il İsveçdə Avropa Çempionatlarında debüt edən Yelena Komorova turniri 8-ci pillədə başa vurdu.[2]
2005-ci ildə Yelena Komorova Dünya və Avropa Çempionatlarında, həmçinin Universiada Oyunlarında çıxış eləsə də uğura imza ata bilmədi.[2] Bundan sonra Yelena Komorova uzun müddət Dünya və Avropa Çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı.[2]
2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Yelena Komorovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi.[2] Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Yelena Komorova həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.[2]
2008-ci ildə Yelena Komorova Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2] Həmin ilin avqustunda isə Yelena Komorova olimpiada da debüt elədi.[2] Olimpiadanın 1/8 final mərhələsində Yelena Komorovanın rəqibi Rusiya nümayəndəsi Nataliya Qolts oldu.[3] Görüşün birinci hissəsində rəqibinə 0:4 hesabı ilə məğlub olan Yelena Komorova növbəti hissədə də rəqibinə məğlub oldu (0:1) Yelena Komorova və olimpiada da mübarizəsini dayandırdı.[3] Ümumi nəticədə isə Yelena Komorova olimpiadanı 15-ci pillədə başa vurdu.[3]
2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Yelena Komorova həmin il idmanla vidalaşdı.[2]
Nəticələri
[redaktə | mənbəni redaktə et]Gənclərin Dünya Çempionatı | Türkiyə | |||
Avropa Çempionatı | İsveç | |||
Gənclərin Avropa Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Tələbərin Dünya Çempionatı | Türkiyə | |||
Dünya Çempionatı | Macarıstan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Olimpiya Oyunları | Çin | |||
Qızıl Qran-Pri | Azərbaycan |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Olympedia.org. "Yelena KOMAROVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 International Wrestling Database. "ELENA KOMAROVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Lightweight / Freestyle (55 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- 13 iyulda doğulanlar
- 1985-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Xerson vilayətində doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Ukraynanın qadın güləşçiləri
- Azərbaycanın qadın güləşçiləri
- Azərbaycanın olimpiya güləşçiləri
- 2008 Yay Olimpiya Oyunlarında güləşçilər
- Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları
- Azərbaycan olimpiya idmançıları