Yatağan ilanlar
Görünüş
Yatağan ilanlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yatağan ilanlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi.
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuva qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıq ərazilərdə yuva qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qidalanırlar. Dişilər 20 bala doğa bilir.
Yayılması
[redaktə | vikimətni redaktə et]Yatağanlar Şimali və Cənubi Afrika, Mərkəzi və Cənubi Asiya, Qafqaz və Balkan yarımadası kimi ərazilərdə yayılmışdır.
Klassikfikasiya
[redaktə | vikimətni redaktə et]Növ 9 növə bölünür:
- Eryx borrii
- Eryx elegans — Şüx yatağan*
- Eryx jaculus — Qərb yatağanı*
- Eryx jayakari — Əraəb qum yatağanı
- Eryx johnii — Hind yatağanı
- Eryx miliaris — Qum yatağanı*
- Eryx somalicus — Somali qum yatağanı
- Eryx tataricus — Şərq yatağanı*
- Eryx whitakeri
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Pyron R. A., Burbrink F. T., Wiens J. J. A phylogeny and revised classification of Squamata, including 4161 species of lizards and snakes (ing.). // BMC Evol. Biol. BMC, Springer Science+Business Media, 2013. Vol. 13, Iss. 1. P. 93. ISSN 1471-2148 doi:10.1186/1471-2148-13-93 PMID:23627680
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Qərb yatağanı" (rus). Fauna i Georgia. 2012-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.