Yaponiyada qəhvə
Yaponiyada qəhvə (日本のコーヒー, Nihon no kohi?) populyar içki növlərindən biridir. Ölkədə bir çox kafe fəaliyyət göstərir. Starbucks və Doutor ölkənin əsas kafe şəbəkələridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaponlar artıq XVII əsrdə portuqal və holland tacirlərin qara, şirin, qatı içkini sevdiklərini bilirdilər.[1] Lakin 1910-cu illərə qədər qəhvə Yaponiyada geniş şəkildə istehlak olunan məhsul deyildi.[1] Bu dövrdə Avropadan kafe mədəniyyətinin gəlməsi qəhvə də populyarlaşdırmışdır. Qəhvə hazırlamaq sənəti qəhvə içməkdən daha məşhur idi.[1]
İkinci dünya müharibəsindən sonra 1950 və 1960-cı illərdə Yaponiyada qəhvə dükkanlarının sayında böyük partlayış yaşanmış və qəhvə çox populyar içkiyə çevrilmişdir.[1] Qəhvə dənələri Yaponiyada nisbətən çox bahalı olduğu üçün evlərdə hazır qəhvələr daha populyar olmuşdur.[1] 1990-cı illərin ortalarında ilk Starbucks kafelərinin açılması kiçik kafelərə təsir göstərmiş və ölkədə yeni götür-apar mədəniyyəti yaranmışdır.[1]
Kissatenlər
[redaktə | mənbəni redaktə et]Yaponiyada qəhvə təklif edən kafelər kissaten (喫茶店?) adlanır.[1] Yaponiyada ilk kissaten 1888-ci ildə Tokionun Ueno rayonunda açılmış və məşhurlaşmışdır.[1] Lakin 1910-cu illərdən etibarən Qinza rayonu Tokionun kissaten mərkəzinə çevrilmişdir.[1] 2002-ci ilin məlumatına görə Tokioda 30.000-dən çox kissaten var.[1]
Kissatenlər eklektik dükkanlar olub daimi müştərilərdən gələn gəlirlər hesabına fəaliyyət göstərirlər.[1] Kissatenlər bir-biriləri ilə üslub və mövzu baxımından rəqabət halındadır; regional dulusçuluq, musiqi stili (caz, klassik, xalq, salsa), miniqalereya, içki hazırlama stili, tematik dekor, şirniyyat və tort çeşidləri baxımından fərqlənirlər.[2] Kissatenlərin memarlığı ucuz divar dəliklərindən bahalı və dəbdəli dükkanlara qədər dəyişə bilir.[2] Bir fincan qəhvə sifariş etdikdən sonra kissatendə istənilən qədər oturmaq olar.[2]
Bəzi kissatenlərdə qo və madjonq kimi stolüstü oyunlar və ya video oyunlar oynamaq mümkündür.[2] Bəzi məşhur çörəkxanalar səyyar kissatenlər açaraq məhsullarını qəhvə ilə birlikdə tanıtmağa çalışırlar.[2] Lenox və Royal Doulton kimi xarici qab-qacaq brendləri kissaten açaraq qəhvəni istehsal etdikləri fincanlarda servis edirlər.[2] Siqaret içməyin sərbəst olduğu kissatenlər olduqca nadirdir.[2]
1990-cı illərdə Starbucks şirkətinin gəlişindən sonra Yaponiyada kissaten mədəniyyətində böyük dəyişiklik yaşanmış və götür-apar mədəniyyəti populyarlaşmışdır.[2] Starbucks-ın Yaponiyada ən böyük rəqibi Doutor şirkətidir.[2] Kissaten mədəniyyəti, xüsusilə, Yaponiyaya gəlmiş əcnəbilərin həyatında əhəmiyyətli yer tutur.[2] Bir çox sayt və jurnal Yaponiyanın böyük şəhərlərində yerləşən ən yeni, dadlı kissatenlər haqqında təlimatlar yayımlayır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Buckley, Sandra. Encyclopedia of Comtemporary Japanese Culture (ingiliscə). Routledge. 2002. səh. 77-78. ISBN 0-203-99634-8. İstifadə tarixi: 21 oktyabr 2021.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Yaponiyada qəhvə ilə əlaqəli mediafayllar var.