Ya-Dranq vadisi döyüşü
Ya-Dranq vadisi döyüşü | |
---|---|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ya-Dranq vadisi döyüşü və ya Dranq çayı vadisi döyüşü — 1965-ci ildə Vyetnam müharibəsinin əvvəllərində Çu-Ponq massivinin şərq ətəyində aparılan Pleyku kampaniyası çərçivəsində ABŞ ordusu və Vyetnam Respublikası Ordusu (VRO)[1] ilə Vyetnam Xalq Ordusu (VXO) arasında ilk böyükmiqyaslı döyüş. Ya-Dranq vadisi döyüşü iki vertolyot eniş meydançasında (EM) mərkəzləşdirilmiş iki əsas tapşırıqdan ibarət idi. Onlardan birincisi İks-Rey EM-si kimi tanınan, ardınca isə Ya-Dranq vadisindən daha şimalda yerləşən Albani EM-si idi. Bu, Vyetnam müharibəsinin ən şiddətli, qanlı və tez-tez xatırlanan döyüşlərindən biridir. Bu, ilk dəfə irimiqyaslı vertolyot ilə hava hücumu və həmçinin "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının taktiki dəstək rolunda istifadə edilməsi ilə tanınır. Bu döyüş Vyetnam müharibəsinin planını təyin etmişdi. ABŞ tərəfi hava hərəkətliliyinə, artilleriya atəşinə və yaxın hava dəstəyinə güvənirdi, VXO isə Amerika qüvvələri ilə çox yaxın məsafədən tez bir zamanda münaqişəyə girərək bu atəş gücünü zərərsizləşdirirdi.
Birinci tapşırıq 14–16 noyabr tarixlərində İks-Rey EM-sində baş tutmuşdur. Mühasirəyə alınan və sayca üstün bir qüvvənin şiddətli atəşi altında qalan Amerika qüvvələri Şimali Vyetnam qüvvələrini üç gün ərzində, əsasən, hava qüvvələrinin dəstəyi və ağır artilleriya bombardmanı sayəsində geri çəkə bilmişdi. Amerikalılar 10:1 öldürmə nisbətinə istinad edərək İks-Rey EM-sini taktiki qələbə kimi qəbul etmişdilər.
İkinci tapşırıq 17 noyabrda Albani EM-sində baş tutmuşdu. Şimali vyetnamlıların yaxından iştirakı səbəbindən hava və artilleriya dəstəyindən istifadə edə bilməyən bir Amerika batalyonu yaxın yerlərdə pusquya salınmışdı. Burada amerikalılar təxliyə olunmazdan əvvəl 50%-dən çox itki vermişdilər. Hər iki tərəf qələbə iddia etmişdir.
Müharibədə iştirak edən amerikalı jurnalist Cozef Li Qallovey daha sonra Ya-Dranq döyüşünü "Ho Şi Mini qalib gələ biləcəyinə inandıran döyüş" kimi təsvir etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vinh Loc, page 119.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vinh Loc. Why Pleime. Viet Nam: Information Printing Office. 1966. 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Carland, John M. Combat Operations: Stemming the Tide, May 1965 to October 1966. Government Printing Office. 2000. ISBN 9780160873102.
- Cash, John A.; Albright, John; Sandstrum, Allan W. Fight at Ia Drang // Seven Firefights in Vietnam. Washington, D.C.: The United States Army Center of Military History. 1985 [1970]. 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- Coleman, J.D. Pleiku, The Dawn of Helicopter Warfare in Vietnam. New York: St.Martin's Press. 1988.
- G3 Journal/I Field Force Vietnam, November 14–26, 1965 generalhieu.com - generalhieu Resources and Information. Arxivləşdirilib 2021-06-27 at the Wayback Machine, generalhieu.com - generalhieu Resources and Information. Arxivləşdirilib 2019-12-31 at the Wayback Machine, generalhieu.com - generalhieu Resources and Information. Arxivləşdirilib 2019-12-31 at the Wayback Machine, generalhieu.com - generalhieu Resources and Information. Arxivləşdirilib 2021-06-29 at the Wayback Machine document stored at the National Archive, College Park, Maryland.
- Harris, J.P.; Eward, J. Kenneth. Ia Drang 1965; The Struggle for Vietnam's Pleiku Province. Osprey Campaign Series #345. Osprey Publishing. 2020. ISBN 9781472835154.
- Head, William. A Re-assessment of the Battle of Ia Drang Valley, 1965: The Role of Airpower, Heroic Soldiers and the Wrong Lessons. Virginia Review of Asian Studies, Volume 16. 2014. 27–55.
- Hobson, Chris. Vietnam Air Losses, USAF, USN, USMC, Fixed-Wing Aircraft Losses in Southeast Asia 1961–1973. North Branch, Minnesota: Specialty Press. 2002. ISBN 1-85780-115-6.
- Kinnard, William. Pleiku Campaign, After Action Report. 1966. 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- McChristian, J.A. Intelligence Aspects of Pleime/Chupong Campaign, J2/MACV. 1966. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- Melyan, Wesley R.C. Arc Light 1965–1966. HQ PACAF: Checo project, Tactical Evaluation Center. 15 September 1967.
- Moore, Harold G.; Galloway, Joseph L. We Were Soldiers Once ... and Young — Ia Drang: the battle that changed the war in Vietnam. New York: Harper Perennial. 1992. ISBN 0-06-097576-8.
- Nguyễn Hữu An. Chiến Trường Mới, Hồi Ức. Hà Nội: Nhà xuất bản Quân đội Nhân dân. 2005.
- Porter, Melvin F. The Siege of Pleime. HQ PACAF: CheCo project,Tactical Evaluation Center. February 24, 1966.
- Porter, Melvin F. Silver Bayonet. HQ PACAF: CheCo project,Tactical Evaluation Center. February 26, 1966.
- Vĩnh Lộc. Pleime Trận Chiến Lịch Sử. Viet Nam: Bộ Thông Tin. 1966. 2015-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- Westmoreland, William, General Westmoreland's History Notes (29 August-29 November 1965) generalhieu.com - generalhieu Resources and Information. Arxivləşdirilib 2016-10-12 at the Wayback Machine, unpublished MACV files.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- LZ X-Ray
- Jack Smith's account of the battle
- Smith, Jack P. "Death in the Ia Drang Valley". Neil Mishalov. November 17, 1998. İstifadə tarixi: July 28, 2009.
- Panel discussion on the Battle of Ia Drang, featuring Vince Cantu, Bruce Crandall, Joseph Galloway, Tone Johnson, and Joe Marm, April 26, 2016, C-SPAN