Məzmuna keç

Xanlıqlar (Qazax)

41°04′08″ şm. e. 45°18′26″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Xanlıqlar
41°04′08″ şm. e. 45°18′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.696 nəf.[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Xanlıqlar xəritədə
Xanlıqlar
Xanlıqlar

Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Qazax rayonunun Musaköy kəndi Xanlıqlar kəndi, Musaköy kənd inzibati-ərazi vahidi Xanlıqlar kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[2]

Kənd bir müddət Musaköy adlanmışdır. Yerli əhali kəndin adını Musa adlı türk sərkərdəsinin burada dəfn olunması və ya XVIII əsrdə qazaxlıların tərkibində olan musalı elatının burada məskunlaşması ilə bağlayır. 1994-cü ildən kənd öz qədim adını almışdır. Kəndin ərazisi Qazax xanlarına məxsus mülk yeri olduğundan belə adlandırılmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Ağstafaçayın sahilində, dağətəyi ərazidə yerləşir.

2021-ci ilin siyahıyaalınmasına əsasən kənddə 6149 nəfər əhali yaşayır. Əhalinin 3082 nəfəri kişilər, 2967 nəfəri qadınlardan ibarətdir.[3]

Tanınmış sakinləri

[redaktə | vikimətni redaktə et]
  • Hacı Allahyar ağa Dilbazov (?-1866) — Azərbaycan nəqşibəndi.
  • Əbdürrəhman ağa Dilbaz oğlu (1859–1917) — Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
  • Mirvarid Dilbazi (1912–2001) — Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür). 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1976), İki dəfə Şərəf Nişanı ordenli, "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenli (1997).
  • Yaqut Dilbazi (1910–1994) — Azərbaycan yazıçısı.
  • Nəcməddin Hacıyev (Dilbazi) (1926–1980) — Professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası, SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
  • Məhəmməd Balayev (1938-2020) — ADPU-nun Fəlsəfə kafedrasının müdiri; fəlsəfə üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, "İlin alimi" (2012). Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
  • Yusif Yusifov (dövlət xadimi) (Dilbazov) (1906–1995) — Tarix elmləri doktoru, professor, Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker). "Lenin ordeni" (1943), Böyük Vətən müharibəsi ordeni (1945), "Lenin ordeni" (1949), "Qafqazın müdafiəsinə görə" (1945), "Böy��k Vətən müharibəsi illərində rəşadətli əməyə görə" (1945) medalları ilə təltif olunmuşdur.
  • Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi (XIX əsr), zəmanəsinin dərin bilikli alimi, sufi şairi və ictimai xadimi, Qazax şəhəri idarəsinin başçısı (1917–19).
  • Əminə Dilbazi (1919-2010) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Moskva Beynəlxalq tələbə gənclər festivalının laureatı (1957), Azərbaycanın xalq artisti.
  • Zaməddin Ziyadoğlu (1947-) — şair, publisist, neftçi, Azərbaycan Yazıçılar BirliyiAzərbaycan Jurnalistlər Birliyinin üzvü, "Əmək veteranı", "Səməd Vurğun", "Qızıl qələm", "Əliağa Şıxlınski", "XXI əsrin neftçisi" mükafatları laureatı, "Tərəqqi" medalı (2011).
  • Əsəd Dilbazov (1926–2003) — İqtisad elmləri doktoru, professor.
  • Vasif Məhərrəmli (1970-) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının Əməkdar artisti (2017).
  • Qoşqar Sarıyev — Futbolçu, Göyəzən futbol klubunun sabiq kapitanı.

Kənddə Qazax Peşə Liseyi fəaliyyət göstərir[4]. Kənddə həm də 2 orta məktəb və 1 uşaq bağçası yerləşir.

  • Xanlıqlar kənd orta məktəbi-Ş. Şahvələdov adına
  • Xanlıqlar kənd əsas məktəbi-A. Mikayılov adına
  • Xanlıqlar kənd körpələr evi uşaq bağçası
  1. https://web.archive.org/web/20190115113426/http://www.qazax-ih.gov.az/page/43.html.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. edu.gov.az: Peşə liseylərinin siyahısı Arxivləşdirilib 2013-02-02 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]