Xəlfə İbrahimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xəlfə İbrahimov
1974 – ?
1964 – ?
1963 – 1964
1961 – 1963
1959 – 1960
Şəxsi məlumatlar
Doğum tarixi 1919
Doğum yeri
Vəfat tarixi 24 fevral 1980(1980-02-24)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Xəlfə İmamqulu oğlu İbrahimov (1919, Sündü, Şamaxı qəzası24 fevral 1980, Bakı) — Azərbaycan Kommunist Partiyası Ağdaş Rayon, Bərdə Rayon, Qasım İsmayılov RayonDaşkəsən Rayon komitələrinin birinci, Şamaxı Rayon Komitəsinin ikinci katibi katibi, SSRİ Ali Sovetinin deputatı.

İbrahimov Xəlfə 1919-cu ildə Şamaxı qəzasının Sündü kəndində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra, təhsilini Şamaxı Pedaqoji məktəbində davam etdirmişdir. Təzəcə müəllimlik edirdi ki, Böyük Vətən müharibəsi başlayır. O, cəbhəyə yollanır. Cəbhədə ağır döyüşlərdə şücaətlər göstərir.

Xəlfə İbrahimov istehsalatdan ayrılmamaqla təhsilini davam etdirmişdir. O, əvvəl Azərbaycan Dövlət Universitetini, sonra isə Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir.

Xəlfə İbrahimov 1980-ci il fevral ayının 24-də Bakı şəhərində vəfat etmişdir. Anası Bahar xanımın məsləhəti ilə Şüvəlan qəsəbəsində — Mir Mövsüm Ağanın qəbristanlığında dəfn edilmişdir.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun babasıdır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müharibədən qayıtdıqdan sonra, Xəlfə İbrahimov Mərəzə rayon maşın-traktor stansiyasında hərbi işlər üzrə komissar, sonra isə rayon PK-nin katibi vəzifəsində çalışmışdır.

Xəlfə İbrahimov əvvəl – 1959–1960 cı illərdə Şamaxı rayon PK-nın ikinci katibi, sonralar isə Daşkəsən, Qasım İsmayılov, Bərdə və Ağdaş rayon PK-nın birinci katibi vəzifəsində çalışmışdır.

X.İbrahimov Azərbaycan KP MK üzvlüyünə namizəd və dəfələrlə Ali Sovetin deputatı seçilmişdir.

Mükafatları, təltifləri və fəxri adları

[redaktə | mənbəni redaktə et]

O dövlətin bir çox ali mükafatlarına ("Lenin", "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə, onlarla fəxri fərmanlara) layiq görülmüşdür.

  1. "Lenin" ordeni (1956)
  2. "Oktyabr inqilabı" ordeni
  3. "Qırmızı əmək bayrağı" ordeni
  • Seyfəddin Qəniyev. Qobustan. Bakı, "Nurlan", 2005.-720 səh.
  • Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 161.