WiGig

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
WiGig

WiGig — Standart olaraq İEEE 802.11ad təyin olunmaqdadır.

Wireless Gigabit Alliance

[redaktə | mənbəni redaktə et]

WiGig (ing. Wireless Gigabit Alliance, azərb. ‎ Naqilsiz Geqabit qrupu)[1] yeni nəsil simsiz rabitə standartıdır. Bu standart IEEE 802.11ad standartı adlanır. WiGig texnologiyası bizə məlum 802.11ac standartından fərqli olaraq 60 GHz tezlik diapazonundan istifadəni nəzərdə tutur. WiGig ilə təchiz edilmiş kompüter və noutbuklara xarici daşıyıcı, proyektor və başqa periferiya qurğularının qoşulması üçün daha kabelə ehtiyac olmayacaq və fərdi kompüterdəki Full HD və daha yüksək formatda filmi planşetə iki dəqiqəyə ötürmək mümkün olacaq. WiGig texnologiyasını dəstəkləyən ilk qurğu 2015-ci ildə nümaişə çıxarılmışdır. Sözügedən qurğu “Qualcomm Snapdragon 810” mobil çipidir. Bu çip "WiGig" texnologiyasını dəstəkləyən birinci mobil platformadır və nəticədə 4K formatlı videonun yayımını həyata keçirmək mümkün olacaq. WiGig texnologiyası WiFi Aliance tərəfindən 2017 ilin sonuna doğru istifadə ediləcəyi nəzərdə tutulur. 2018-ci ilədək bütün dünyada WiGig texnologiyasının köməyi ilə məlumatların yüksəksürətli simsiz ötürülməsini dəstəkləyən 125 milyon mobil fərdi kompüter və 36 milyon smartfon buraxılacaq. 

WiGig haqqında 2009-cu il 7 may tarixində ictimayətə məlumat verilmişdir. 2009-cu ilin dekabırında isə WiGig-in ilk 1.0 versiyası yaradılmışdır.[2][3]

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]

Qismən iştirak edən şirkətlər

[redaktə | mənbəni redaktə et]

İstifadə sahələri

[redaktə | mənbəni redaktə et]

2013 - 2020 Wigig 802.11ad standartının istifadə olunan sahələri:

  • İndustrial & Others ( Sənaye )
  • Home Electronic Devices ( Ev elektron cihazlar)
  • Computing Devices (Hesablama cihazları)
  • Communication Devices (Rabitə cihazları)

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
WiGig

60 GHz tezlikdə işləyən bu texnologiya, eyni otaq içərisində 10 metrlik məsafə və uyğun şərtlərdə WiGig istifadə edən qurğular arasında 8 Gbps məlumatları daşıya biləcək tutuma malikdir. Yəni 1 saniyə kimi bir müddətdə 1 GB qədər məlumatı alıb göndərmək mümkün olacaq. 10 metrlik məsafədən sonra məsafə artırıcı qurğular ilə əhatə dairəsini inkişaf etdirilə bilər. WiGig texnologiyasını saxlayan qurğular mənzil xaricində 2.4 GHz və 5 GHz tezlikdə işləyən WiFi standart rejimdə əlaqə edə biləcək qabiliyyətə sahib olacaqlar. Mövcud simsiz rabitə WiFi standartının ən sürətlisi olan IEEE 802.11ac ortalama 1.5 Gbps sürətinə çıxarkən, WiGig ilə 8 Gbps sürətinə çıxmaq mümkün olacaq. WiGig, WiFi Aliance qrupu tərəfindən təsdiqlənmiş bir standartdır.

WiFi 802.11ac

  • 5 GHz
  • 802.11n
  • 1.5Gbps
  • 80 metrə 3 antena ilə
    WiGig 802.11ad
  • 60 GHz
  • Uyğunluğu yoxdur
  • 8Gbps
  • Təxminən 10 metrə

2010-cu il 10 may-da Wifi Alliance və WiGig qrupu naqilsiz multiqiqabit şəbəkənin inkişafı üçün əməkdaşlıq etməyə razılaşdılar. Wifi qurğuları ücün yeni nəsil liçenziyalı proqramların hazırlanmasına başladılar.

  • Bluetooth
  • IEEE 802.15
  • Media Agnostic USB
  • Ultra-wideband (UWB)
  • WiDi
  • Wireless Home Digital Interface (WHDI)
  • Wireless USB
  • ZigBee
  1. "Wireless Gigabit Alliance". 2013-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-18.
  2. WiGig Alliance to Push 6 Gbps Wireless in the Home Arxivləşdirilib 2013-01-09 at the Wayback Machine, GigaOm
  3. Why WiGig? Arxivləşdirilib 2012-02-19 at the Wayback Machine, Small Net Builder

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • wirelessgigabitalliance.org — Wireless Gigabit Alliancenin rəsmi saytı – official site
  • IEEE 802.11ad Tutorial
  • IEEE 802.11ad White Paper
  • IEEE Std 802.11ad access entry page