WGS-84
Naviqasiyaya keç
Axtarışa keç
NAD 27 koordinat sistemi 1927-ci ildə ABŞ-də astronomiya-geodeziya, qravimetriya və nivelirləmə şəbəkələri əsasında yaradılmışdır. Bu koordinat sistemi təxminən 60 ildən sonra 1983-cü ildə NAD 83 koordinat sistemi ilə əvəz olunub. Sonra isə, yəni 1996-cı ildən koordinatları 10 sm dəqiqliyində hesablanan WGS-84 koordinat sisteminə keçmişlər. Bu qlobal WGS-84 koordinat sistemindən başqa regional və geosentrik koordinat sistemləri mövcuddur. Bunlardan ən məşhuru Avropa koordinat sistemidir. Yer səthi EUREE şəbəkəsi ilə örtülüb.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Məmmədov Q.Ş, Əhmədov İ.H. Geodeziya. Bakı, 2002.
Bu məqalə qaralama halındadır. |