Volqa-Baltik su yolu (1810-1963-cü illər - Mariin su sistemi) — Rusiya Federasiyasının şimal-qərbində Xəzər və Baltik dəniz hövzələrini birləşdirən göl, çay və kanallar sistemi. Uzunluğu 1100 km, Aşağı Şeksna və Şeksna (Çerepovetskoye) su anbarından, Kovja çayı və Ağ göl, Vıteqra çayı və suayrıcı kanaldan keçən su yolu[1].
Rıbinski su anbarı, Çerepovets şəhəri, Şeksna çayı, Ağ gölü, Kovja çayı, Mariin kanalı, Vıteqra çayı, Oneqa kanalı, Oneqa gölü, Svir çayı, Ladoqa gölü və Neva çayından keçir. Mariin su sistemi 1799-1810-cu illərdə tikilib, 1890-1896-cı illərdə yenidən qurulub, 1964-cü ildə əsaslı rekonstruksiyadan sonra indiki adını almışdır. Uzunluğu təxminən 1100 km[2], gəmiçilik üçün sərbəst keçid dərinliyi 3-4 metrdən az deyil[3]. Bu da öz növbəsində 5000 tona qədər su tutumu olan gəmilərin keçidini təmin etməyə imkan verir[4]. Volqa-Baltik yolunun davamı Oneqa gölü ilə Ağ dənizi birləşdirən Ağdəniz-Baltik kanalı hesab edilir.
Volqa-Baltik kanalının xüsusiliyi ondadır ki, Baltik hissəsinin bütün şlyuzları Paxomov hisəsi istisna olmaqla 13, 5 metr hündürlüyə malikdir. Bu da öz növbəsində kanalın tikintisində standart konstruksiyalardan istifadə edilməsinə imkan verib. Kanalda cəmi 7 şlyuz var, onlardan yalnız biri - Paxomov şlyuzu ikitərəflidir.
5 suqovşağı - Vıteqorski, Belousovski, Novinski, Paxomovski və Çerepovetski.
3 Su Elektrik Stansiyası – Vıteqorski, Belousovski və Şeksna
25 torpaq bənd və damba.
4 təbii su anbarı – Vıteqorski, Belousovski, Novinski və Şeksna
XVIII əsrin əvvəllərində Rusiyanın Baltik dənizinə çıxışı, Peterburqun artan rolu ölkənin daxili rayonları ilə yeni paytaxt arasında əlverişli su əlaqələrinin yaradılmasını tələb edirdi. 3 su yolu yaradıldı — Vışnevolotski su sistemi (1709-cu ildə istismara verilib), Tixvinski (1811) və Mariin (1810)[1].
Mariin su sistemi Rıbinski, Şeksna, Ağ göl, Kovja, Mariin kanalını (1886-cı ildən onu Novo-Mariin kanalı əvəz etdi), Xəzər və Baltik dənizi hövzələri arasında uzanan suayrıcında isə Vıteqra, Oneqa gölü, Svir, Ladoqa gölü və Neva çayını (təxminən 1054 verst) birləşdirirdi. Mariin sistemi Volqadan Oneqa gölünə qədər uzanan yolun bir hissəsini təşkil edirdi. 1829-cu ildə Şimali-Dvin kanalı açıldı. Bu kanal Şeksna ilə Kubenski gölünün birləşdirirdi. Kanal Suxon və Şimali Dvindən Ağ dənizə olan sistemi birləşdirirdi. Çox da böyük olmayan gəmilərin daha təhlükəsiz üzməsi üçün Ağ, Oneqa və Ladoqa göllərində alternativ yollar — Ağ göl, Oneqa, Novo-Svir, Novo-Syas və Novo-Ladoqa yolları vardı. Öz dövrü üçün Mariin sistemi möhtəşəm hidrotexniki qurğu idi və böyük iqtisadi əhəmiyyətə malik idi, lakin 1890-1896-cı illərdə kanalda yenidənqurma işlərinin aparılmasına[5][6] baxmayaraq bu sistem artıq ölkənin nəqliyyat tələbatını təmin edə bilmirdi.
24 sentyabr1940-cı ildə — Ümumrusiya Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi və SSRİ XKS-i Volqa-Baltanın tikintisi barədə qərar qəbul etdilər.
1941-ci ilin yazında — Rıbinski su anbarının tamamlanması işi başladı.
Volqa-Baltik su yolu1947-ci ildə — Böyük Vətən Müharibəsindən sonra quruculuq işləri davam etdi. SSRİ DİN-i nəzdində "Volqa-Baltik su yolunun tikintisi üzrə baş düşərgə idarəçiliyi" idarəsi yaradıldı.
1952-1953-ü illərdə — Qurğuların memarlıq baxımdan quruculuğu L.M.Polyakovun rəhbərliyi altında "Hidro layihə"nin Leninqrad şöbəsinin əməkdaşları tərəfindən işlənmişdir; həmmüəlliflər: L.M.Banşikov, A.İ.Qoritski, A.V.İkonnikov, R.P.Kostılev, L.T.Lipatov, K.M. Mitrofanov, Q.S.Nikulin, Q.F.Perestoronina, V.A.Petrov, Z.F.Semenova, M.V.Smagina, Q.A.Şarovarov, P.R.Yasenski.
1948-1953-ü illərdə — Oneqa gölündən Vıteqra şəhərinədək aşağı axarda çaya doğru istiqamətlənən kanal qazmaq.
27 aprel1952-ci ildə — Yuxarı Svir suqovşağı və şlyuzunun istismarına başlamaq. Svirin, yuxarı axarında, Oneqa gölündə və kanalında, Vıteqra çayının aşağı axarında (dəniz səviyyəsində 32,60 m qeydə alınana kimi səviyyənin qaldırılması).
1956-1964-cü illərdə — İ.V.Stalinin ölümündən sonra tikinti dayandırıldı. Kanal fərqli layihə ilə tikilməyə başlandı.
Kovja çayı mənsəbində Kovja kəndində məbəd (1800-cü ilə aid).
Kroxinskidə Milad kilsəsi.
Anximovoda Vıteqorski məbədləri.
Zapoqostye kəndində Məryəmin müjdələnməsi (1802-ci il; 2013-cü ilin iyulunda zəng qülləsi çökdü) məbədi.
Müxtəlif məlumatlara görə, kanalın tikintisi vaxtı 700 kənd, 65 şəhər, 140 kilsə, 3 monastır, 294 sakin, 10 minlərlə işçi sulara qərq olmuşdur[7]. Bu məlumat bir qədər mübaliğəli görünsə də real olan kanalın tikintisi zamanı dəyən ziyanın kifayət qədər böyük olması idi.
XX əsrin 90-cı illərdə inkişaf yolu dayandı, lakin kanalın tikintisinə mümkün dəstəyin yaln��z 1/3-i ayrılırdı. 2007-ci ildə Rusiya investisiya fondunun hesabına rekonstruksiya layihəsinin maliyyələşdirilməsi barədə qərar qəbul edildi. Bütövlükdə layihənin qiyməti 8 milyard rubldan çox dəyərləndirilirdi ki, onun da 460 milyon rublu 2008-ci ildə işin başlanması üçün ayrılmalıydı. Gəmilərin sıx sərbəst keçidinə və şyuzlarda yığılıb qalmasına baxmayaraq Volqa-Baltik yolu ilə yük daşınması daima artırdı. 2007-ci il naviqasiya fəslində yük daşınmasının həcmi 11% təşkil etmişdir[8].