Vityazevo
Vityazevo | |
---|---|
rus. Витязево | |
44°59′00″ şm. e. 37°16′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1837 |
Mərkəzin hündürlüyü | 7 m |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | ruslar, yunanlar, ermənilər, ukraynalılar |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 353417 |
Vikianbarda əlaqəli mediafayllar |
Vityazevo — Krasnodar diyarında kənd. Anapa kurort-şəhər rayonuna daxildir. Anapa administrasiyasına tabe olan Vityazevski kənd dairəsi onun tərkibində olan yeganə kənd məntəqəsidir[2].
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Anapanın mərkəzindən 11 km şimalda (Pionerski prospektinin sonunda) Vityazevski limanının sahilində, qum dyunları üzərində yerləşir. Qara dəniz sahilində 200 m enində yaxşı baxımlı çimərlik (balıqqulaqlı qum) var. Çimərlik mövsümü iyunun əvvəlindən sentyabrın sonuna kimi davam edir.[3]
Düzənlik tərəfdən kənd üzüm bağları ilə əhatə olunub. Qəsəbədə yunanların administrasiyası və ictimai təşkilatlarının binaları, həmçinin Müqəddəs Georgi pravoslav kilsəsi və Stalin repressiyaları qurbanlarının adları yazılmış xatirə lövhəsinin yerləşdiyi xatirə muzeyi var. Anapanın hava limanı da "Vityazevo" adını daşıyır.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]1837-ci ildən 1854-cü ilə qədər müasir Vityazevo kəndində Vityazevskaya kəndi var idi və bu kənd mayor N. Vityazın adını daşıyırdı. 1862-ci ildə ərazidə pont yunanlarının məskunlaşdılar. Bu günə qədər yerli yunanlar yunan dilinin pont ləhcəsini qoruyub saxlamışlar.
1990-cı illərdə kənd Anapa şəhərinə tabe olan Vityazevski kənd dairəsinin tərkibinə daxil edildi. Bölgənin ən əsas problemi Vityazevski limanının qurumasıdır. Məhs dənizlə əlaqəsi bağlanılandan sonra bu proses sürətlənmişdir.[3] 32 sentyab 2017-ci iləd Vityazevo kəndinin 180 illiyi qeyd edilmişdir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]2010-cu ilin siyahıyaalınmasına görə kənd əhalisinin sayı 7936 nəfərdir.
Görməli yerləri
[redaktə | vikimətni redaktə et]Vityazevonun əsas görməli yeri — "Paraliya" bulvarı (yunan dilindən tərcümədə — sahil), Georgi İvanoviç Sengerov tərəfindən tikilmiş kənd administrasiyasının binası. Vityazevo həm də körfəzdən çıxarılan və dayaq-hərəkət sisteminin müalicəsində istifadə edilən müalicəvi palçığı ilə tanınır.[3] Dənizdə, sahildən 290 m aralıda, 1943-cü ildə alman qoşunları tərəfindən batırılan "Odessa Şəhər Şurası" yük gəmisi var. Vityazevoda şərab zavodu fəaliyyət göstərir. Kəndin mərkəzi bulvarında — "Paraliya"da çoxlu mağazalar, kafe və restoranlar, əyləncə parkları var. Yaxınlıqda müasir "Olimpiya" akvaparkı yerləşir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ 1 2 "Администрация Витязевского сельского округа". 2018-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ 1 2 3 "Золотые пески Витязево". Без штампов. 2017-10-10. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-10.