Varlam Şalamov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Varlam Şalamov
rus. Варлам Тихонович Шаламов
Doğum tarixi 5 (18) iyun 1907[1]
Doğum yeri
Vəfat tarixi 17 yanvar 1982(1982-01-17)[2][3][…] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair, jurnalist, nasir, müəllif
Əsərlərinin dili rus dili
Janrlar nəsr, poeziya
İmza
shalamov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varlam Şalamov (ing. Varlam Tikhonovich Shalamov, rus. Варла́м Ти́хонович Шала́мов; 18 iyun, 1907–17 yanvar, 1982) — Görkəmli rus ədibi

XX əsrin lap əvvəllərində 1907-ci ildə anadan olub. Keşiş oğlu və yəhudi olduğu üçün Oktyabr inqilabından dərhal sonra Sibirə – üç illik sürgünə göndərilib. Cəzasını başa vurduqdan sonra Moskvaya qayıdıb, oxumaq istəsə də, siyasi dustaq olduğuna görə sənədlərini heç bir ali məktəbə verə bilməyib. Sərbəst kurslara gedib, ali məktəblərə qəbul olunmaq üçün təşkil edilmiş müsabiqəni qazanır, amma bundan xəbər tutan hökumət, Stalin əleyhinə təşkil olunmuş mitinqdə iştirak etdiyini bəhanə gətirərək, onu ömürlük sürgünə göndərir. Orda qaldığı müddət ərzində müxtəlif hekayələrdən ibarət “Sibir dəftəri” kitabını yazır[4].

Varlam Şalamov aradan uzun illər keçəndən sonra – ömür tükənənə yaxın, yəni 1982–ci ildə bəraət alır və bir qədər yaşadıqdan sonra vəfat edir. Ölümündən sonra – 1985-ci ildə yenidənqurma və aşkarlıq dövründə yaxın dostlarının təşəbbüsü ilə ilk kitabı – “Sibir dəftəri” çapdan çıxır.

  1. Deutsche Nationalbibliothek Record #118750836 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Varlam Shalamov // Encyclopædia Britannica (ing.).
  3. CHALAMOV VARLAM // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  4. "Baldırğan suyu (tərcümə Hüseynbala Mirələmov)". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.