VI Lüdviq (Pfals kürfürstü)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
VI Lüdviq
alm. Ludwig VI. von der Pfalz
26 oktyabr 1576 – 22 oktyabr 1583
ƏvvəlkiIII Fridrix
SonrakıIV Fridrix
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyul 1539[1]
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1583(1583-10-22) (44 yaşında) və ya 12 oktyabr 1583(1583-10-12)[1] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Fəaliyyəti rəhbər
Atası III Fridrix
Uşağı IV Fridrix
Ailəsi Pfals-Zimmern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VI Lüdviq (4 iyul 1539[1], Zimmern22 oktyabr 1583 və ya 12 oktyabr 1583[1], Heydelberq) — Vittelsbax sülaləsindən Pfals kürfürstü (1576–1583). Lüdviq yeni məhkəmə qaydaları, polis qaydaları və 1582-ci ildə böyük bir dövlət islahatı proqramı başlatmışdı.

Lüdviq kürfrüst III Fridrixin (1515–1576) Brandenburq-Kulmbax markqrafı Kazimirin qızı Mariya (1519–1567) ilə evliliyindən doğulmuş ilk oğlu idi. Lüdviq anası tərəfindən və Baden-Baden markqrafı Filibertin sarayında lüteran təhsili almışdı. Fransız dilini öyrənmək üçün 1554-cü ildə Burqundiyaya, Dol Universitetinə yollanmışdı. Pfals kürfürstlüyünün varisi kimi o sonradan kürfürst Otto Henrinin sarayında hökumət işlərində iştirak edirdi. 1563-cü ildən atasının ölümünə qədər Yuxarı Pfalsın valisi olmuşdur.

Atası III Fridrixdən fərqli olaraq, o, kalvinist protestantlığa bağlı deyil, lüteranlığa üstünlük verirdi. Lüdviq lüteran doktrinasının əsas ünsürləri olan 1577-ci il Konkord Formulasını və 1580-ci il Konkord Kitabını öz adına və qəyyumu olduğu Baden markqrafları Ernst-Fridrix (1560–1604) və III Yakob (1562–1590) adına imzaladı. O, həyat yoldaşı, lüteran Hessenli Elizabetdən də təsirləndi. Bu, Lüdviqin kiçik qardaşı İohann Kazimirə üstünlük verməyə başlayan atası ilə getdikcə daha çox münaqişəyə səbəb oldu. Qardaşlar arasında münaqişə 1578-ci ilə qədər həll olunmayan vəsiyyətinin şərhi ilə bağlı mübahisədə atalarının ölümündən sonra kulminasiya nöqtəsinə çatdı.

1577-ci ilin yazında atasını bir daha ziyarət etmədən Haydelberqə gəldi. Lüdviq, həmçinin bütün kalvinistləri təqib edərək (yenicə ölmüş atasının iradəsinə zidd olaraq) Heydelberq Universitetində lüteranlığı qabağa çəkdi. Kalvinist ilahiyyatçılar Noyştadt an der Vaynştrassedə İohann Kazimirə sığındılar və orada və Casimirianum kollecini yaratdılar. Köln müharibəsi zamanı Lüdviq Köln kürfürstü və arxiyepiskop Qebhard fon Valdburqun tərəfini tutan yeganə lüteran şahzadə idi.

21 yaşından bəri "sinə qəfəsi problemləri" (ağciyər iltihabı) olan Lüdviq 1583-cü ildə 44 yaşında Heydelberqdə vəfat etmiş və orada Müqəddəs Ruh kilsəsində dəfn edilmişdir.

VI Lüdviq iki dəfə evlənmişdi. Əvvəlcə 8 iyul 1560-cı ildə Hessenli Elizabet (13 fevral 1539 – 14 mart 1582) ilə evlənib.[2] Onların bir neçə uşaqları var idi:

  1. Anna Mariya (d. Heydelberq, 24 iyul 1561 — ö. Eskilstuna, 29 iyul 1589), İsveç kralı IX Karlla evləndi[3]
  2. Elizabet (d. Heydelberq, 15 iyun 1562 — ö. Heydelberq, 2 noyabr 1562).
  3. Dorotha Elizabet (12 yanvar 1565 – 7 mart 1565).
  4. Dorotea (d. Amberq, 4 avqust 1566 — ö. Amberq, 10 mart 1568).
  5. Fridrix Filipp (d. Amberq, 19 oktyabr 1567 — ö. Amberq, 14 noyabr 1568).
  6. İohann Fridrix (d. Amberq, 17 fevral 1569 — ö. Amberq, 20 mart 1569).
  7. Lüdviq (d. Amberq, 30 dekabr 1570 — ö. Amberq, 7 may 1571).
  8. Katrina (d. Amberq, 1572-ci il aprel — ö. Amberq, 16 oktyabr 1586).
  9. Kristina (6 yanvar 1573 — ö. Çvaybrükgen, 21 iyul 1619).
  10. IV Fridrix (d. Amberq, 5 mart 1574 — ö. Heydelberq, 9 sentyabr 1610).[2]
  11. Filipp (d. Amberq, 4 may 1575 — ö. Amberq, 9 avqust 1575).
  12. Elizabet (d. Amberq, 24 noyabr 1576 — ö. Heidelberq, 10 aprel 1577). İkinci dəfə o 12 iyul 1583-cü ildə Ostfrizland qrafinası Anna (26 iyun 1562 – 21 aprel 1621) evləndi, lakin onların uşaqları olmadı.
  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #10211112X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Thomas, 2010. səh. 39
  3. Cook, Broadhead, 2012. səh. 329
  • Thomas, Andrew L. A House Divided: Wittelsbach Confessional Court Cultures in the Holy Roman Empire, C. 1550–1650. Brill. 2010.
  • Jeffery, Renée. Princess Elisabeth of Bohemia: The Philosopher Princess. Lexington Books. 2018.
  • Cook, Chris; Broadhead, Philip. The Routledge Companion to Early Modern Europe, 1453–1763. Routledge. 2012.
  • Gustav von Bezold (1884), "Ludwig VI., Kurfürst von der Pfalz", Allgemeine Deutsche Biographie (ADB), cild. 19, Leipzig: Duncker & Humblot,
  • Volker Press (1987), "Ludwig VI., Kurfürst von der Pfalz", Neue Deutsche Biographie. cild. 15, Berlin: Duncker & Humblot, səh. 414–415