Uppsala
Şəhər | |
Uppsala | |
---|---|
Uppsala | |
59°50′59″ şm. e. 17°38′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 15 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +46 18 |
Poçt indeksi | 751 70 - 757 59[3] |
Digər | |
uppsala.se | |
Vikianbarda əlaqəli mediafayllar |
Uppsala şəhəri — Uppsala vilayətinin paytaxtı və Stokholm, Göteborq və Malmödən sonra İsveç Krallığının dördüncü böyük şəhəridir. 2010-cu ilin məlumatına əsasən 140,454 nəfər əhalisi var idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim tarixə malik şəhər inkişafı boyu genişlənib, dəyişib və hazırda sakit idilliyalı orta əsrlər şəhərindən səsli-küylü müasir şəhərə çevrilib.[4]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Uppsala şəhəri Stokholm şəhərindən 70 km şimalda Uppsala bələdiyyə ərazisində yerləşir.[4]
Əhalisi
[redaktə | mənbəni redaktə et]200 minə qədər əhalisi var.[4]
Təhsil
[redaktə | mənbəni redaktə et]Bu şəhər Skandinaviyanın ən qədim ali təhsil mərkəzlərindən biridir.[4] 1477-ci ildə əsası qoyulmuş Uppsala Universiteti Skandinaviyada ən qədim ali təhsil ocağıdır.
Din
[redaktə | mənbəni redaktə et]1164-cü ildən İsveçin dini mərkəzi sayılır.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Şəhər çox da böyük olmayan əraziyə malikdir və burada ən geniş istifadə olunan nəqliyyat növü velosipeddir.[4]
Abidələri
[redaktə | mənbəni redaktə et]Şəhərdə çoxlu sayda tarixi binalar, abidələr var.[4] Qədim binaların əksəriyyəti Uppsala Universitetinin binalarıdır.[4] Şəhərdə yerləşən qədim binalardan Uppsala kilsəsini, universitet kitabxanasını, kral Qustav Adolfun adını daşıyan Qustavianum, Stora Torget, Yohann Skittin adını daşıyan Skitteanum tikililərini qeyd etmək olar.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Statistiska tätorter 2020, befolkning, landareal, befolkningstäthet per tätort. Statistics Sweden, 2021.
- ↑ Statistiska tätorter 2018 – befolkning, landareal, befolkningstäthet. Statistics Sweden, 2021.
- ↑ http://www.geopostcodes.com/Uppsala_Uppsala.
- ↑ 1 2 3 4 5 6 7 8 Lamiyə Əliyeva, Dünya universitetləri: Uppsala Universiteti Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 29.04.2011, № 16. (az.)
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |