Ucaku Akita
Ucaku Akita | |
---|---|
yap. 秋田雨雀 | |
Doğum adı | 秋田 徳三 |
Doğum tarixi | 30 yanvar 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 12 may 1962 (79 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, esperantoçu, dramaturq, romançı |
Əsərlərinin dili | yapon dili |
Vikianbarda əlaqəli mediafayllar |
Ucaku Akita (秋田 雨雀, Akita Ucaku?, 30 yanvar 1883, Aomori – 12 may 1962, Nakamaruço[d]) və ya doğum adı ilə Tokuzo Akita – Yaponiya yazıçısı, şairi və esperantoçusu. O, esperanto dilinin Yaponiyada populyarlaşmasında vacib rol oynamış və Yeni dram hərəkatının qabaqcılı olmuşdur.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Ucaku Akita 30 yanvar 1883-cü ildə Yaponiyanın Aomori prefekturasının Kuroişi şəhərində anadan olmuşdur. Anasının adı Matsu, atasının adı Qenan idi. Onun doğum adı Tokuzo olsa da, utancaq və xəstə oğlan olduğu üçün özünü Ucaku (yapon dilində zəif mənasına gələn sözdən) adlandırmağa başlamış, daha sonra bu adı özünə təxəllüs kimi seçmişdir.[1]
Ucaku 1887-ci ildə Kuroişi ibtidai məktəbində təhsil almağa başlamışdır. Sinif yoldaşı və gələcəkdə tanka şairi olan Yokiçi Narumi onun ən yaxın dostu və rəqibinə çevrilmişdir. Ucaku 1897-ci ildə Aomori prefektural liseyinə daxil olmuş, 1902–1907-ci illərdə Vaseda Universitetinin ingilis ədəbiyyatı fakültəsində təhsil almışdır.[1][2]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Ucaku 1907-ci ilin iyununda "Homoseksual sevgi" adlı ilk romanını yazmışdır. Tezliklə Vaseda Universitetinin tanınmış romançılarından biri olmuşdur. O, Hans Xristian Andersenin yaradıcılığından təsirlənmişdir.[3] 1912-ci ilin aprelində "Basdırılmış bahar" romanını yayımlamışdır. Şimamura Hoqetsu və Sasaki Takamaru ilə birlikdə Yeni dram hərəkatının,[2] eləcə də, esperanto hərəkatının aktiv iştirakçılarından biri olmuşdur.[1] 1914-cü ildə Tokioya gəlmiş rus esperantoçu Vasili Yeroşenko ilə dostlaşmışdır.[4]
1927-ci ildə SSRİ-yə səfər etmişdir. Yaponiyaya qayıtdıqdan sonra Beynəlxalq Mədəni Tədqiqat İnstitutu və Proletar Elmlər Şurasına başçılıq etməyə başlamışdır.[2] 1934-cü ildə yaradılmış "Teatoro" (esperanto dilində "teatr" deməkdir) jurnalının redaktoru olmuşdur.[5] 1945-ci ildə yaradılmış Yeni Yaponiya Ədəbiyyat Cəmiyyətinin 9 qurucusundan biri olmuşdur.[6] Daha sonra Təsviri Sənət Məktəbinin direktoru olmuşdur.[2]
Xatirəsi
[redaktə | vikimətni redaktə et]1 yanvar 1960-cı ildə Kuroişi şəhərinin meri Takeciro Takahi tərəfindən "görkəmli vətəndaş" adına layiq görülmüşdür. 1962-ci ildə Kuroişi şəhərinin Cosen, 1972-ci ildə isə Hoqen məbədində onun xatirəsinə abidə ucaldılmışdır. Kuroişi şəhərində Ucaku Akita Memorial Zalı fəaliyyət göstərir.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 "Ujaku Akita Memorial Hall". Kuroishi Tourist Association (ingiliscə). 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
- ↑ 1 2 3 4 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 26
- ↑ Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 247. ISBN 0-87011-628-2. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
- ↑ Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 230. ISBN 0-87011-622-3. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
- ↑ Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 367. ISBN 0-87011-627-4. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
- ↑ Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 122. ISBN 0-87011-627-4. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 26. İstifadə tarixi: 1 aprel 2023.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 30 yanvarda doğulanlar
- 1883-cü ildə doğulanlar
- Aomori prefekturasında doğulanlar
- 12 mayda vəfat edənlər
- 1962-ci ildə vəfat edənlər
- 79 yaşında vəfat edənlər
- Tokioda vəfat edənlər
- Vaseda Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Yaponiya yazıçıları
- Yaponiya şairləri
- Yaponiya esperantoçuları