USMLE

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Amerika Birləşmiş Ştatlarının Tibbdə Lisenziya imtahanı (USMLE) - üç mərhələli (Step 1,2 ve 3) bir imtahan olub ABŞ xaricində alınan tıbb təhsilinin ABŞ-də qəbul edilməsi üçün gərəklidir [1].

USMLE (The United States Medical Licensing Examination)

[redaktə | mənbəni redaktə et]

USMLE, ABŞ əyalətlərinin səhiyyə orqanlarından təşkil olunan Federation of State Medical Boards (FSMB) ilə tibb sahəsində imtahan keçirməyə cavabdeh olan digər bir orqan National Board of Medical Examiners (NBME) tərəfindən təşkil edilməkdə və bu qurumlara əlavə olaraq xarici ölkələrdə tibb təhsili alanların diplom uyğunluğu ilə məşğul olan Educational Commission for Foreign Medical Graduates (ECFMG)-in dəstəyi ilə həyata keçirilməkdədir.

USMLE həkimlərin bilikləri, anlayışları və prinsipləri xəstələrin müalicəsində etibarlı və effektiv bir şəkildə tətbiq etmə qabiliyyətini qiymətləndirək məqsədi ilə hazırlanmış bir imtahandır. İmtahanın üç mərhələsi də bir-birini tamamlayan tərkibdədir. Heç bir mərhələ ayrılıqda tibb lisensiyasını almaq üçün hazırlığı qiymətləndirə bilməz.

İmtahanın mərhələləri

[redaktə | mənbəni redaktə et]

USMLE imtahanı 3 mərhələdən ibarətdir.[2].


Step 1’in məqsədi sağlamlıq, xəstəlik və müalicə mexanizmləri ilə əlaqəli əsas bio-tibbi anlayışları qavrama və tətbiq etmə qəbiliyyətini qiymətləndirməkdir. Step 1, anatomiya, davranış elmi, biokimya, mikrobiologiya, patologiya, farmakologiya və psixologiya fənnləri ilə qidalanma, genetika və s. mövzularda suallardan ibarətdir. Test sualları əsasən qrafik və cədvəlləri şərh etmə, patoloji və normal nümunələri ayırd etmə və təməl klinik tibbi biliklərin tətbiqi mövzusundadır.

Step 1 testləri iki istiqamətdə təsnif edir: sistem və proses:

  • Qanyaradıcı-limforetikular
  • Sinir - duyğu orqanları
  • Dəri - birləşdirici toxuma
  • Sümük - əzələ
  • Tənəffüs
  • Ürək - damar
  • Mədə - bağırsaq
  • Böyrək - sidik
  • Cinsiyyət
  • Endokrin
  • 30%-50% Normal struktur və funksiya
  • 30%-50% Qeyri-normal proseslər
  • 15%-25% Müalicə prinsipləri
  • 10%-20% Psixoloji, mədəni, psixososial, mədəni, yaşayış və ətraf mühitin təsiri

Hər biri 50 sualdan ibarət 7 ayrı sual blokundan, ümumilikdə 350 sualdan ibarət bu imtahan üçün ayrılan vaxt 8 saatdır. Səkkiz saatlıq vaxta bütövlükdə 1 saatlıq faslilələr daxildir. Hər 50 sualdan ibarət blok üçün 1 saat vaxt verilir. Cavabları təkrar yoxlamaq üçün geri dönmək imkanınız yalnız cavablamaqda olduğunuz sual bloku üçün var. Suallar qrup şəklində, müəyyən müvzulardan ardıcıllıqla deyil, müxtəlif mövzularda qarışıq şəkildədir. Fasilələri yalnız bloklar arasında ala bilərsiniz. Bilik əsasən birbaşa, lakin klinika ilə əlaqəli yoxlanılır.

ABŞ’dakı tibb tələbələrinin əksəriyyəti imtahanın bu mərhələsinə tibb təhsillərinin ikinci ilində girirlər. Step 1 birinci dəfədən keçmə ehtimalı: ABŞ tibb məktəbləri məzunları-94%, xarici tibb məktəbləri məzunları-73%.[3].


Step 2, xəstələrin müalicəsi üçün vacib olan profilaktik və preventiv təbabət ilə klinik təbabət biliklərini başa düşmə və tətbiq etmə səviyyəsini qiymətləndirməyi nəzərdə tutur. Step 2 sualları, daxili xəstəliklər, mama - ginekologiya, uşaq xəstəlikləri, prevetiv təbabət, psixiatriya, cərrahiyyə və digər stasionar müalicə üsulları haqqındadır. Test sualları əsasən klinik nümunələrdən ibarətdir. Verilən nümunələrdə müayinə, xəstəlik mexanizminin müəyyən olunması, müalicə ilə əlaqəli bilikləri yoxlama məqsədli suallar soruşulmaqdadır.

Hər biri 46 sualdan ibarət 8 ayrı sual blokundan, ümumilikdə 370 sualdan ibarət olan bu imtahan üçün ayrılan vaxt, bütövlükdə 1 saatlıq fasilə haqqınız daxil olmaqla 9 saatdır.

İmtahan ancaq ABŞ-nin aşağıdakı beş şəhərdə keçirilir:

  • Filadelfiya
  • Çikaqo
  • Atlanta
  • Xyuston
  • Los Anceles

İmtahan qaydaları Step 1 ilə eynidir. Bu mərhələdə, sualların əvvəlindəki izahların diqqətlə oxunması çox vacibdir, çünki suallarda 3 müxtəlif çoxdan seçməli format istifadə olunur. Klassik 5 variantlı test suallarından başqa, 26 varianta qədər soruşula bilən müqayisə sualları da mövcuddur. Digər bir sual növü isə; birdən şox variantın doğru olduğu və bunların qeyd olunması tələb olunan "pick N" formatıdır. Step 2CK birinci dəfədən keçmə ehtimalı: ABŞ tibb məktəbləri məzunları-96%, xarici tibb məktəbləri məzunları-81%.[3].

Bundan başqa, 2004-cü ildən etibarən Step 2’də istifadə olunmağa başlayan CS (Clinical Skill) imtahanı da, Step 3 CS formatında olan, 10-12 nümunədən ibarət, kompüter dəstəkli xəstəlik simulyasiyasına oxşardır və bu imtahan da, Step 3 kimi, yalnız ABŞ’dakı test mərkəzlərində keçirilir.


Step 3 isə xəstələrlə münasibətdə fərdi məsuliyyətə verilən önəm ilə ayaqüstü müalicələr ilə bağlı bilik səviyyəsini yoxlama məqsədi daşıyır. İmtahanda bir həkimin işi zamanı etməli olduğu əsas öhdəliklər ilə əlaqəli suallar və bir də kompüter dəstəkli xəstəlik simulyasiyaları istifadə olunur.

Təqribən 500 çoxdan seçməli sualın olduğu kompüter dəstəkli imtahan 2 günlük bir imtahandır. İlk 1.5 gün ərzində test sualları cavablandırılır, sonra isə 9 ədəd, kompüter dəstəkli xəstəlik simulyasiyalarından ibarət imtahan keiçirilir. İmtahanın test suallarından ibarət ilk hissəsində, 30-60 dəqiqə ərzində cavablandırılmalı olan 25-50 sualdan ibarət bloklar var. Suallarda göstərilən klinik vəziyyət ətraflı olaraq şəkil, sxem və laborator məlumatlarla da təsvir olunur. Hər sual blokunda soruşulanlar öz aralarında bir-biri ilə əlqəlidir, yəni eyni xəstəlikdən bir çox fərqli sual soruşulur. Bu cəhətdən də Step 1 və 2-ə görə fərqlidir.

Suallar; həmin anda həkimin tibb məntəqəsində, ofisində, evində, xəstəxanada və ya təcili yardım stansiyasında olması kimi fərqli təsəvvürlərdə soruşulur və o mövqeyə görə cavab verməsi tələb olunur. Namizədin, hansı növ tibb mərkəzində olduğu, mövqeyi və imkanları ilə şərtlərinin nə olduğu əvvəlcədən, sual blokunun əvvəlində göstərilir.

Kompüter dəstəkli xəstəlik simulyasiyası şəklindəki suallar Step 3-də yenitətbiq olunmağa başlamışdır və imtahanın son 3 saat 45 dəqiqəlik hissəsini əhatə edir. CCS (Computer-based Case Simulations) formatı adlandırılan bu hissədə namizədin xəstə haqqındakı klinik qərar və hərəkətləri, test formatına nisbətən daha təbiidir.

Step 1 və 2-ə nisbətən digər bir fərq də, Step 3-də soruşulan 4-5 variantlı çoxdan seçməli suallarda yanıldıcı və neqativ ifadələrin də istifadə olunmasıdır. "Ən az hansı deyil? Bunlardan əlavə, istisna" kimi söz və ifadələr işlədilə bilər, lakin vurğulanması və diqqət çəkməsi üçün böyükl hərflərlə yazılır.

Namizədlər imtahanlara istədikləri qədər müraciət edib itirak edə bilsələr də, Step 1, 2 və 3 imtahanlarının hamısının 7 illik müddət ərzində verilməsi tələb olunur. Kəçilə bilməyən mərhələlərə təkrar müraciət üçün, aradan ən azı 60 günlük bir müddət keçməsi məcburiyyəti və 1 illik periodda eyni mərhələ üçün 3 dəfədən çox müraciət edilməməsi də müraciət və iştiraka qoyulan digər məhdudiyyətlərdir.

Minimal keçid balları

[redaktə | mənbəni redaktə et]

Step 1: 192

Step 2 CK: 203

Step 3: 190 [4].

Matching 2014 Nəticələri

[redaktə | mənbəni redaktə et]

Tibb mütəxəssislərinin çoxu USMLE imtahanlarını ABŞda rezidenturaya daxil olmaq üçün keçir. Match 2014 nəticələrini aşağdakı grafiktə göstərilir.

  1. "USMLE rəsmi web saytı". 2020-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-03.
  2. AzerMDS web saytı[ölü keçid]
  3. 1 2 "USMLE keçmə ehtimalı". 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-03.
  4. "Minimal keçid balları". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]