Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

UEFA Kuboku finalı 1976

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
UEFA Kuboku finalı 1976
Turnir UEFA Kuboku 1975/1976
Yekun nəticə
Birinci matç
Tarix 28 Aprel 1976
Yer Enfild, Liverpul
Hakim Ferdinand Biversi (Almaniya)
Tamaşaçı 50,188
İkinci matç
Tarix 19 May 1976
Yer Olimpiya stadionu, Brügge
Hakim Rudolf Qlökner (Almaniya)
Tamaşaçı 29,423
1975
1977

UEFA Kuboku finalı 19761976-cı ilin 28 aprel19 may tarixlərində İngiltərə təmsilçisi "LiverpulBelçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq EnfildOlimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi.

Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı. Turnir boyunca onların ən böyük üstünlüyü isə 2 qol ilə ölçülürdü. Bu matçlar ardıcıl olaraq birinci və üçüncü mərhələdə Fransa təmsilçisi "Lion" və İtaliya təmsilçisi "Roma" ilə keçirilmiş oyunlara təsadüf edirdi.

Enfild stadionunda keçirilmiş ilk final matçını 50,188 tamaşaçı izləyirdi və matçın ilk hissəsində "Brügge" Raul LambertCulien Kuulsun qolları ilə 0-2 hesabı ilə öndə idi. "Liverpul" ikinci hissədə durumu bərpa etdi; 7 dəqiqə ərzində Rey Kennedi, Cimmi KeysKevin Kiqanın vurduğu qollar "Liverpul" komandasına finalın ilk matçında qələbə qazandırdı. Brügge şəhərində keçirilmiş cavab matçında isə Olimpiya stadionunda oyunu 29,423 tamaşaçı izləyirdi. Bu görüşün 11-ci dəqiqəsində ev sahibi hesabda önə keçdi. "Liverpul" komandası bundan 4 dəqiqə sonra Kevin Kiqanın cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi. Bundan sonra oyunda hesab dəyişmədi və matç 1-1 hesabı ilə başa çatdı. Beləliklə "Liverpul" final matçını yekunda 4-3 hesabı ilə qazanaraq tarixində ikinci dəfə UEFA Kubokuna sahib oldu.

Finala gedən yol

[redaktə | vikimətni redaktə et]

"Liverpul" Uefa Kuboku turnirinə 1974–75 İngiltərə Futbol Liqasını ikinci pillədə başa vurmaqla vəsiqə qazandı. Onların birinci mərhələdə rəqibləri Şotlandiyanın "Hibernian" klubu idi. İlk matçı səfərdə keçirən "Liverpul" İster Roud stadionunda 1-0 hesabı ilə məğlub oldu amma Enfilddə keçirilən cavab matçında onlar Con Benjamin Toşakın het-triki ilə 3-1 hesablı qələbə əldə etdilər. Beləliklə onlar ilk mərhələni 3-2 hesabı ilə adladılar.[1] İkinci mərhələdə "Liverpul" İspaniyanın "Real Sosyedad" klubu ilə qarşılaşdı və səfərdə keçirilən ilk matçda qonaq komanda 1-3 hesablı qələbə qazandı. Cavab qarşılaşmasında 6-0 hesablı qələbə ilə yekun hesab 9-1 ilə nəticələndi.[2]

Mərhələ Rəqib Birinci oyun İkinci oyun Yekun hesab
Birinci Hibernian 1-0 (s) 3–1 (e) 3–2
İkinci Real Sosyedad 1-3 (s) 6–0 (e) 9–1
Üçüncü Slask Vroslav 1-2 (s) 3–0 (e) 5–1
1/4 final Dinamo Drezden 0–0 (s) 2–1 (e) 2–1
Yarımfinal Barselona 0-1 (s) 1–1 (e) 2–1

Üçüncü mərhələdə "Liverpul"un rəqibi Polşanın "Slask Vroslav" oldu. İlk matç Polşada Oporovska stadionunda keçirildi və "Liverpul" Rey KennediToşakın qolları ilə 1-2 hesablı qələbə qazandı. Enfilddə keçirilən cavab matçında isə Cimmi Keysin het-triki ilə ev komandası 3-0 hesabı ilə qələbə qazandı və beləliklə "Liverpul" yekunda 5-1 hesabı ilə dörddəbir final mərhələsinə adladı.[3] Dörddəbir finalda "Liverpul"un rəqibi Şərqi Almaniyanın "Dinamo Drezden" komandası oldu. Almaniyada keçirilmiş ilk oyunda "Liverpul"un qapıçısı Rey Klemens 11 metrlik cərimə zərbəsini tutduqdan sonra matç 0-0 hesabı ilə bitdi. Cavab matçında isə Cimmi KeysKevin Kiqanın qolları ilə 2-1 hesablı qələbə qazanan "Liverpul" yarımfinala adladı.[4]

Yarımfinal mərhələsində rəqib İspaniyanın "Barselona" klubu idi. Tərəflər arasında ilk oyun Barselonada, Kamp Nouda keçirildi. "Liverpul" səfərdə Con Benjamin Toşakın 13-cü dəqiqədə vurduğu qol ilə qalib gəldi. Enfilddə keçirilən cavab matçının 50-ci dəqiqəsində Fil Tompson "Liverpul"u hesabda irəli keçirdi. Lakin 1 dəqiqə sonra "Barselona" hesabı bərabərləşdirsədə matçda hesab sonradan dəyişmədi. Final fitindən sonra yekun hesabda 2-1 hesabı ilə qalib gələn "Liverpul" tarixində ikinci dəfə UEFA Kuboku turnirinin finalına vəsiqə əldə etdi.[5]

Mərhələ Rəqib Birinci oyun İkinci oyun Yekun hesab
Birinci Olimpik Lion 4-3 (s) 3-0 (e) 6-4
İkinci İpsviç Taun 3–0 (s) 4–0 (e) 4-3
Üçüncü Roma 0-1 (s) 1–0 (e) 2-0
1/4 final Milan 2–1 (s) 2-0 (e) 3–2
Yarımfinal Hamburq 1–1 (s) 1–0 (e) 2–1

"Brügge" klubu UEFA Kubokuna vəsiqəni 1974-75 Belçika birinci divizyonunda dördüncü pilləni tutmaqla qazandı.[6] Birinci mərhələdə rəqib Fransanın "Lion" klubu oldu. Tərəflər arasında ilk matç Lionda Jerlan stadionunda baş tutdu və "Brügge" 4-3 hesabı ilə məğlub oldu. Olimpiya stadionunda keçirilən cavab qarşılaşmasında isə onlar 3-0 qalib gələrək yekunda 6-3 hesabı ilə növbəti mərhələyə adlamaq şansı əldə etdilər.[7]

"Brügge"nin ikinci mərhələdə rəqibi İngiltərə təmsilçisi "İpsviç Taun" komandası oldu. Mərhələnin ilk matçı "İpsviç Taun"un meydanı Portman Roadda baş tutdu və ingilislər 3-0 hesabı ilə qələbə qazandılar. Cavab matçında turnirdə mübarizəni davam etdirmək üçün "Brügge" ən azı 3 qol vurmalı idi. Məhz cavab qarşılaşmasında onlar 4-0 hesablı nəticə ilə yekunda 4-3 hesabı ilə üçüncü mərhələyə adladılar.[7]

Üçüncü mərhələdə rəqib "Roma" klubu idi. İlk matçı evində oynayan "Brügge" Yulien Kuulsun qolu ilə 1-0 hesablı qələbə qazandı. İkinci görüşdə də Olimpiko stadionunda 0-1 hesabı ilə qalib gələn "Brügge" yekun nəticədə 2-0 hesabı ilə dörddəbir final mərhələsinə adladı. Püşkatma nəticəsində onlar bu mərhələdə digər İtaliya təmsilçisi "Milan" ilə qarşılaşmalı oldular. İlk oyunu evində keçirən "Brügge" Ulrik le FevreEduard Kriqerin qolları ilə 2-0 hesabı ilə qələbə əldə etdilər. "Brügge" cavab qarşılaşmasında San Siroda 2-1 hesabı ilə məğlub olsa da, yekun 3-2 hesabı ilə yarımfinal məhrələsinə adladı.[7]

"Brügge"nin yarımfinal mərhələsində rəqibi Almaniya təmsilçisi Hamburq oldu. İlk oyun Hamburqu stadionu Volksparkştadionda baş tutdu və matç 1-1 hesabı ilə yekunlaşdı. Səfərdə vurduğu qol "Brügge"yə üstünlük verirdi. Öz evində 1-0 hesablı qələbə qazanan "Brügge" yekunda 2-1 hesabı ilə tarixində ilk dəfə Avropa miqyaslı turnirin final matçına vəsiqə əldə etdi.[7]

"Liverpul" tarixində ikinci dəfə UEFA Kuboku turnirinin finalında çıxış edəcəkdi. Onlar 1973-cü ildə ilk dəfə turnirin finalında çıxış edərkən "Borussiya Münhenqladbax" komandasına 3-2 hesabı ilə qalib gəlmişdilər. "Brügge" komandası isə tarixində ilk dəfə Avropa miqyaslı turnirin finalına çıxmaqla bu nailiyyəti qazanan ilk Belçika təmsilçisi olmuşdur. Onlar 1970–71 mövsümü UEFA Kuboklar Kuboku turnirinin dörddəbir final mərhələsinə kimi irəliləmiş[8] lakin burada İngiltərənin "Çelsi" komandası tərəfindən məğlub edilmişdilər.[9]

"Liverpul" final matçları arasında 1975–76 İngiltərə Futbol Liqasını mövsümünü qazandı belə ki, çempionatın son turunda "Vulverhempton" üzərində 3-1 hesablı qalibiyyətdən sonra İngiltərə çempionluğunu rəsmiləşdirdilər. Daxili çempionatda bu uğurdan sonra "Liverpul" İngiltərə çempionu kimi UEFA Çempionlar Kuboku 1976/1977 turnirində iştirak hüququ qazandı.[10] "Brügge" 1975–76 Belçika birinci divizyonunda "Anderlext" ilə 4 xallıq fərqlə birinci başa vurdu. Onların bu uğuruda həmçinin onlara Belçika çempionu kimi Avropa miqyaslı turnirdə iştirak hüququ qazandırdı.[6]

İlk matç Liverpulun ev meydançası olan Enfilddə keçirilmişdir.

"Brügge" oyuna daha yaxşı başladı və oyunun 5-ci dəqiqəsinda artıq hesabda irəli keçdi. Fil Nil tərəfindən geriyə qapıçıya başla ötürülən topa birinci çatan "Brügge"nin yarımmüdafiəçisi Raul Lambert nəzarəti ələ alaraq topu qapıçı Rey Klemensin başı üzərindən qapıya göndərdi.[11] Bundan 7 dəqiqə sonra "Brügge" Yulien Kuulsun qolu ilə üstünlüyünü bir qədər də artırdı. Belçikalılar hücumlarını davam etdirsədə "Liverpul" müdafiəçiləri Emlin Hyüz və Tommi Smit ilk hissənin sonuna qədər rəqibin qarşısını ala bildi.[12]

"Liverpul"un baş məşqçisi Bob Peysli fasilədə komanda da dəyişiklik etməyi qərara aldı. Bob Peysli hücumçu olan Con Benjamin Toşakı yarımmüdafiəçi Cimmi Keys ilə dəyişmək qərarı aldı. Bu dəyişiklik oyuna öz təsirini göstərdi.[12] Oyunun 59-cu dəqiqəsində "Liverpul"dan Stiv Heyvey topu Rey Kennediyə ötürdü ki, ikinci öz növbəsində 18 metrdən hesab arasındakı fərqi azaltdı. Bundan 2 dəqiqə sonra isə Rey Kennedinin zərbəsindən sonra qapı dirəyindən geri dönən topu Cimmi Keys qapıya göndərdi.[4] "Liverpul" iki dəqiqə sonra hesabı bərabərləşdirdi; Kennedinin zərbəsindən sonra top qapı dirəyindən qayıdaraq Keysin önünə düşdü ki, öz növbəsində yaxın məsafədən hesabı bərabərləşdirdi.[11]

"Liverpul" üç dəqiqə sonra isə hesabda ilk dəfə irəli keçdi cərimə meydançası daxilində kobudluqla dəyandırılan Stiv Heyvey komandasına 11 metrlik cərimə zərbəsi qazandırdı və Kevin Kiqan dəqiq zərbə ilə Liverpulu 3-2 hesabı ilə önə keçirdi.[4] Oyunun qalan dəqiqələrində "Liverpul" hesab arasındakı fərqi artırmaq şanları olsa da həm onlar həm də rəqibləri uğur əldə edə bilmədilər. Oyunun baş hakimi final fitini səsləndirdikdən sonra matç 3-2 hesabı ilə "Liverpul"un xeyrinə başa çatdı.[13]

Oyunun nəticələri

[redaktə | vikimətni redaktə et]
28 aprel 1976
Liverpul İngiltərə 3 : 2
Hesabat
Belçika Brügge
Kennedi Qol 59'
Keys Qol 61'
Kiqan Qol 65'
Qollar Lambert Qol 5'
Kuuls Qol 15'
Enfild, Liverpul
Tamaşaçı: 50 188 [14]
Hakim: Almaniya Ferdinand Biversi


Liverpul
Brügge
Q 1 İngiltərə Rey Klemens
M 2 İngiltərə Fil Nil
M 3 İngiltərə Tommi Smit
M 4 İngiltərə Fil Tompson
Y 5 İngiltərə Rey Kennedi
M 6 İngiltərə Emlin Hyüz (k)
H 7 İngiltərə Kevin Kiqan
H 8 İngiltərə Devid Ferklaf
Y 9 İrlandiya Stiv Heyvey
H 10 Uels Con Benjamin Toşak 46-cı dəqiqədə əvəz olunub 46'
Y 11 İngiltərə İan Kallaqan
Ehtiyat oyunçular:
Y 12 İngiltərə Cimmi Keys 46-cı dəqiqədə əvəzetmədən daxil olub 46'
Q 13 İngiltərə Pitr MakDonnell
M 14 İngiltərə Coi Cons
Y 15 Şotlandiya Brayan Holl
Y 16 İngiltərə Terri MakDermot
Baş məşqçi:
İngiltərəBob Peysli
Q 1 Danimarka Birger Yensen
M 2 Belçika Fons Bastiyns (k)
M 3 Avstriya Eddi Kriqer
M 4 Belçika Jorj Lekens
M 5 Belçika Jos Volders
Y 6 Belçika Yulien Kuuls
Y 7 Belçika Rene Vandereyken
Y 8 Belçika Daniel de Kubber
H 9 Belçika Rocer van Qol
H 10 Belçika Raul Lambert
H 11 Danimarka Ulrik le Fevre
Ehtiyat oyunçular:
Q 12 Belçika Hüqo Piters
M 13 Belçika Norbert De Naycel
Y 14 Belçika Dirk Sanders
H 15 Lixtenşteyn Konrad Holenştein
H 16 Belçika Dirk Hinderiks
Baş məşqçi:
Avstriya Ernst Happel
Olimpiya stadionu, ikinci matçın keçirildiyi məkan olmuşdur.

"Liverpul" cavab matçına bir qol üstünlüklə çıxmağına baxmayaraq, səfərdə vurduğu qollar səbəbilə "Brügge" qol buraxmadan 1 qol fərqilə matçı yekunlaşdırsa bilsəydi turnirin qalibi olacaqdı.[15] Belçikalılar onlara lazım olan qolu oyunun 11-ci dəqiqəsində vurdu. "Liverpul"un müdafiəçisi Smit cərimə meydançası daxilində topa əli ilə toxunaraq 11 metrlik cərimə zərbəsinə səbəbkar oldu. Topa yaxınlaşan Raul Lamert komandasını hesabda irəli çıxardı və ümumi hesabı 3-3 etdi.[16] Hesabda geri olmasına cavab olaraq bundan dörd dəqiqə sonra "Liverpul" hesabı bərabərləşdirdi. Onlar 11 metrlik cərimə zərbəsi ərazisinin kənarından cərimə zərbəsi vurma şansı qazandılar. Hyüz topu Kevin Kiqana ötürdü və ikinci sağ ayağı ilə topu qapıdan keçirərək "Liverpul"u hesabda yenidən irəli keçirtdi. Bu qol həm də "Brügge"nin turnir boyunca öz evində buraxdığı ilk qol oldu.[16]

"Brügge" qalib gəlmək şanslarını qorumaq üçün bundan sonra daha bir qol vurmasına ehtiyacı vardı. Komanda şəklində hücuma keçən ev sahibləri rəqibi müdafiə olunmağa məcbur etdi ki, yalnız irəlidə Kevin Kiqan qalmışdı.[15] Buna baxmayaraq oyunun 34-cü dəqiqəsində "Liverpul"un daha bir qol vurması üçün imkan yarandı. Kennedidən sərbəst vuruşla ötürmə alan Smitin zərbəsi qapıdan aralı keçdi.[16] Matçın son 5 dəqiqəsində "Brügge"nin təzyiqi bir daha artdı. Ulrik le Fevre və Rocer van Qolun qurduğu kombinasiya yekunda topu Liverpul müdafiəsindən yayındıraraq Lambertə çatdırdı. Onun sonrakı zərbəsini "Liverpul"un qapıçısı qaytardıqdan sonra top qapı dirəyinə dəydi.[16] "Brügge" lazım olan qolu vurmaq üçün səylərini davam etdirirdi; onların ən yaxşı şansları isə matçın sonuna dörd dəqiqə qalmış yarandı. "Brügge" "Liverpul"un müdafiəsini yarmağı bacardı lakin Kuulsun zərbəsini Klemens geri qaytarmağı bacardı.[16] Bundan sonra oyunda qol vurulmadı və matçın yekun hesabı 1-1 başa çatdı.

İkinci matçın yekun nəticəsində "Liverpul" turnirdə 4-3 hesabı ilə qalib gəldi və 1973-cü ildən sonra onlar ikinci dəfə UEFA Kuboku turnirini qazanmış oldular. Həmçinin onlar ikinci dəfə Liqanı və UEFA Kubokunu qazanmaqla tarixlərində ikinci dəfə dubla imza atdılar. "Liverpul"un baş məşqçisi Bob Peysli isə ikinci oyundakı nəticədən sonra bunu oyunçularla birgə qeyd etdi: "İkinci hissə mənim həyatımın ən uzun 45 dəqiqəsi oldu. İngiltərəni təmsil etdiyimiz üçün bizdə şiddətli qürur hissi var idi. Biz ölkəmizi təmsil edənin məğlub olmasına icazə verə bilməzdik və biz öz yoldaşlarımızla fəxr edirik" deyə fikrini bildirdi.[17]

Oyunun nəticələri

[redaktə | vikimətni redaktə et]
19 may 1976
Brügge Belçika 1 : 1
Hesabat
İngiltərə Liverpul
Lambert Qol 11' Qollar Kiqan Qol 15'
Olimpiya stadionu, Brügge
Tamaşaçı: 29 423
Hakim: Almaniya Rudi Qlökner


Brügge
Liverpul
Q 1 Danimarka Birger Yensen
M 2 Belçika Fons Bastiyns (c)
M 3 Avstriya Edi Kriqer
M 4 Belçika Jorj Lekens
M 5 Belçika Jos Volders
Y 6 Belçika Yulien Kuuls
Y 7 Belçika Rene Vandereyken
Y 8 Belçika Daniel de Kubber 68-ci dəqiqədə əvəz olunub 68'
H 9 Belçika Rocer van Qol
H 10 Belçika Raul Lambert 75-ci dəqiqədə əvəz olunub 75'
H 11 Danimarka Ulrik le Fevre
Ehtiyat oyunçular:
Q 12 Belçika Hüqo Piters
M 13 Belçika Norbert De Naycel
H 14 Belçika Dirk Hinderiks 68-ci dəqiqədə əvəzetmədən daxil olub 68'
Y 15 Belçika Dirk Sanders 75-ci dəqiqədə əvəzetmədən daxil olub 75'
Baş məşqçi:
Avstriya Ernst Happel
Q 1 İngiltərə Rey Klemens
M 2 İngiltərə Fil Nil
M 3 İngiltərə Tommi Smit
M 4 İngiltərə Fil Tompson
Y 5 İngiltərə Rey Kennedi
M 6 İngiltərə Emlin Hyüz (c)
H 7 İngiltərə Kevin Kiqan
U 8 İngiltərə Cimmi Keys
U 9 İrlandiya Stiv Heyvey
H 10 Uels Con Benjamin Toşak 62-ci dəqiqədə əvəz olunub 62'
Y 11 İngiltərə İan Kallaqan
Ehtiyat oyunçular:
H 12 İngiltərə Devid Ferklaf 62-ci dəqiqədə əvəzetmədən daxil olub 62'
Q 13 İngiltərə Pitr Makdonnell
M 14 Uels Coi Cons
Y 15 Şotlandiya Brayan Holl
Y 16 İngiltərə Terri MakDermot
Baş məşqçi:
İngiltərə Bob Peysli
  1. Liversedge (1991) p. 179.
  2. Kelly (1988) p. 117.
  3. Ponting (1992) p. 96.
  4. 1 2 3 Ponting (1992) p. 99.
  5. Liversedge (1991) p. 180.
  6. 1 2 Ploquin, Phil; Nackaerts, Luc; Coolsaet, Jeroen. "Belgium – Final Tables 1895–2008". Rec. Sport. Socces Statistics Foundation (RSSSF). 20 October 2011. 14 March 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2011.
  7. 1 2 3 4 Ross, James M. "UEFA Cup 1975–76". Rec. Sport. Soccer Statistics Foundation (RSSSF). 9 January 2008. 17 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011.
  8. "History". Union of European Football Associations (UEFA). İstifadə tarixi: 13 December 2011.
  9. Ross, James M. "Cup Winners' Cup 1970/71". Rec. Sport. Soccer Statistics Foundation (RSSSF). 9 January 2008. 7 January 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2011.
  10. Kelly (1988) p. 113.
  11. 1 2 Wood, Chris. "Great matches: Liverpool beat Bruges over two legs". LFC History. 2 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011.
  12. 1 2 Ponting (1992) p. 92.
  13. Liversedge (1991) p. 181.
  14. "UEFA Cup finals" (PDF). UEFA.com. Union of European Football Associations. səh. 2. 16 February 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 July 2013.
  15. 1 2 Hutchings; Nawrat (1995) p. 141.
  16. 1 2 3 4 5 "Liverpool clinch it". Daily Mirror. London. 20 May 1976.
  17. Ponting (1992) p. 93.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]