Tunel (funikulyor)
F2 xətti — Türkiyənin İstanbul şəhərində olan yeraltı metrosu. 1863-cü ildə Londonda xidmətə verilən yeraltı sərnişin daşıma sistemlərindən sonra inşa edilən dünyanın ən qədim 2-ci yeraltı sərnişin daşıma sistemidir. 17 yanvar 1875-ci ildə açılmışdır. Ümumi uzunluğu 573 metr olan Tunelin inşasına 1871-ci ildə başlandı və tikinti 1874-cü ildə tamamlandı. 1910-ci ildə elektrik sistemə keçən tunel, 1939-cu ildə İETT ümumi müdiriyyətinə təhvil verildi. 1970-ci ildə bir Fransız firması tərəfindən tamamilə yenilənən tunel, 90 saniyədə Qalata ilə Bəyoğlunun bir-birinə bağlamaqdadır.[1]
2009-ci ilin statistikasına görə hər gün orta hesabla 15 min sərnişin daşıyan tunel, ildə ortalama 64 min 800 dəfə səfər edir və ortalama 37 min kilometr yol qət edir. Tüneli hal-hazırda İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) işlədir.
Tikintisi
[redaktə | mənbəni redaktə et]Fransız mühəndis Eugene Henri Gavand, 1867-ci ilin mayında İstanbula gəlir, Qalata ilə Bəyoğlu arasındakı gündə ortalama qırx min adamın enib çıxdığını təsbit edir. Buna görə də lift tipində bir dəmiryolu layihəsi hazırlayıb İngilis hökumətindən kredit alıb Osmanlı hökumətinə təqdim edir. Onun ilk müraciətinə imtina cavabı verilir. Layihə 10 iyun 1869-cu ildə Sultan Əbdüləziz tərəfindən qəbul edilir və zəruri işlərə başlanır. Müəssisə ilə müqavilə müddəti 42 il olaraq təyin olunur və inşa edilir. Tunelin qazılması zamanı ortaya çıxan torpaq Qaraköy sahilindən Haliçə tökülür. Mexanizmi enerjisi 150 at gücü iki buxar maşınıyla təmin edilir. 180 min Osmanlı qızılına tikilən tunel, ilk səfərlərində elektrik olmadığı üçün, qaz lambalarıyla işıqlandırılıb. İnşasını həyata keçirən Gavandın sahibi olduğu "The Metropolitan Railway of Constantinople from Qalada to Pera" şirkəti, qırx iki illik konsessiya müddəti bitimində beş il daha tuneli işlədir və ardınca 1910-cu ildə, elektrik tramvaylarına keçilən dövrdə satışa çıxarır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
- ↑ [1][ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İETT resmî site
- İETT Tünel Haberleri Arxivləşdirilib 2013-07-11 at the Wayback Machine
- Dünyanın en eski 2. metro tünelini yürüyerek geçtiler, İstanbul Büyükşehir Belediyesi
- Dünyanın ikinci metrosu İstanbul'da yapılmıştı Arxivləşdirilib 2013-01-30 at the Wayback Machine, Bugün, 26 Ağustos 2012