Tuğ (bayraq)
Tuğ — əski türkcə bayraq deməkdir. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ bayraq və sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Əski türk savaş nizamında "Tümən tuğu", "doqquz tuğlu tudun" adlı terminlər vardı.
Tuğ, türk və altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmranlıq simvoludur. Bayrağın təpəsinə ilişən at quyruğu, tükdən edilən flama şəklindədir. Tog və ya tuk şəklində də deyilər. Monqollar tug deyərlər. Qut işarəsi olaraq istifadə edilir. Bəzən müharibə istəyi və üsyan simvolu olaraq istifadə edilmişdir. Əvvəllər bayrağın üzərinə asılırken, daha sonralar doqquz qollu bir dəyənək şəklində xüsusi olaraq hazırlanmış və uclarına doqquz müqəddəs heyvanın quyruğu asılmışdır. İrəliləyən zaman içində isə bu quyruqların yerinə rəngli püsküller keçmişdir. Türklərdəki doqquz tuğ ənənəsi doqquz sayının kutluluğu səbəbiylə göydəki doqquz planeti təmsil edir. Göy doqquz qatdır və Türk dünya anlayışında yer üzü doqquz bölgəyə bölünmüşdür. Padşahların döyüş bayraqları, Oğuz ənənəsinə uyğun olaraq doqquz tuğdan oluşurdu. Bu tətbiq bir dünya imperatorluğu simvoludur. Çingiz Xan, xaqanlığını elan edəndə doqquz qollu ağ bir tuğ diktirmiştir.
Etimologiya
[redaktə | mənbəni redaktə et](Tuğ/Tuk/Doğ) kökündən törəmişdir. İşarə, əlamət mənaları daşıyır. Tuğra (padşah möhürü) sözü də bu kökdən törər. Tog/Tok, köhnə türkcədə toyuq deməkdir və xaqanların dirəyin üzərinə diktirdiği Qızıl Toyuq ilə əlaqədar görünməkdədir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
- Dokuz Tuğ (türk.)
- Mehterin Tarihi Arxivləşdirilib 2012-01-23 at the Wayback Machine (türk.)
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |