Triumvirat (lat. tres — üç və vir — kişi, "üç kişi ittifaqı") — Qədim Romada siyasətçi və sərkərdələrin e.ə. I əsrdə vətəndaş müharibəsi dövründə hakimiyyəti ələ keçirmək üçün siyasi ittifaq.
E.ə. 60 cı ildə Qay Yuli Sezar, Qney Pompey (Böyük) və Mark Lisini Krass qeyri rəsmi olaraq ittifaq qururlar. Sonralar bu ittifaq "İlk triumvirat" adlandırılmağa başlanır. E.ə. 56 cı ildə ittifaq Qay Yuli Sezar və Qney Pompeyin səyləri ilə yenilənmişdir.
Diktator Lusi Korneli Sullanın istefasından sonra Qay Yuli Sezar və Qney Pompey Roma siyasətində əsas fiqurlara çevrilmiş olurlar.
İlk triumvirata daxil olmuş şəxslərin büstləri:
E.ə. 43-ci ildə Oktavian Avqust, Mark Antoni və Mark Emilliy Lepid qanunla təsdiqlənmiş İkinci triumvirat ittifaqını qururlar. E.ə. 36-cı ildə Lepid ittifaqdan qovulur, e.ə. 31-ci ildə Mark Antoni Oktavianın ordusuna məğlub olduqdan sonra e.ə. 30-cu ildə intihar edir.