Trençin qəsri
Trençin qəsri | |
---|---|
48°53′39″ şm. e. 18°02′41″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Trеnçin |
Tikilmə tarixi | XI əsr |
Üslubu | roman memarlığı |
Rəsmi sayt |
muzeumtn.sk/hlavna-stran… muzeumtn.sk/en/about-the… |
Vikianbarda əlaqəli mediafayllar |
Trençin qəsri (slovak. Trenčiansky hrad, mac. trencséni vár) ― Slovakiyanın qərbindəki Trençin şəhərində yerləşən qəsr.
Tarix
[redaktə | mənbəni redaktə et]Qəsrin tarixi II Roma legionu Lauqarisionun b.e. 179-cu ilində zəfərindən bəhs edən yazıya əsasən Roma imperiyası dövrünə qədər gedib çatır.[1] Ərazidəki ən qədim bina Böyük Moraviya dövründə təsis edilmiş daş rotondadır. Qəsr XIII əsrin ortalarında kral IV Belanın qılıncdaşı olan baron Yakab Çesznekinin iqamətgahı idi. Trençin qəsri 13–14-cü əsrdə Matuş Çakın iqamətgahına çevrildi. Qəsrin həyətində "sevgi quyusu" olaraq da bilinən su quyusu var idi. Rəvayətə görə, bu quyu qaya içində quyu qazaraq qurtarmalı olduğu gözəl Fatiməyə böyük məhəbbəti olan Ömər adlı Türk şahzadəsi tərəfindən qazılmışdı. Əslində isə quyu 16-cı əsrdə qarnizon tərəfindən qazılmışdır. Bu 40 il çəkmişdir və quyu təxminən 80 m dərinlikdədir.
Memarlıq
[redaktə | mənbəni redaktə et]Matusova qülləsi
[redaktə | mənbəni redaktə et]Matusova qülləsi (slovak. Matúšova veža) Trençin qəsrindəki ən qədim binadır və XI əsrin sonunda inşa edilmişdir. Qüllə əvvəlcə Roman üslubunda inşa edilsə də, 1270-ci illərdə Qotik üslubunda yenidən tikilmişdir. Qüllənin hündürlüyü və yeri qəsrin ətrafını və Trençin şəhərini müşahidə etməyə imkan verirdi.
Ludovita sarayı
[redaktə | mənbəni redaktə et]Ludovita sarayı (slovak. Ľudovítov palác) Trençin qəsrinin yerləşdiyi təpənin üstündə, Matusova qülləsinin yanında yerləşir. Saray XIV əsrin birinci yarısında Kral Böyük Ludovik tərəfindən inşa edilmişdir.
Barbara sarayı
[redaktə | mənbəni redaktə et]Barbara Sarayı (slovak. Barborin palác) Lüksemburqlu I Siqismund tərəfindən 1430-cu ildə ikinci həyat yoldaşı Barbara Zilli üçün tikilmişdir. Tikinti üçün Matus qülləsi ətrafındakı köhnə tikililərin bir hissəsi istifadə edilmişdir. Saray tarixinin çox hissəsində tamaşalar və skorlar üçün bina kimi istifadə edilmişdir.
Zapolsk sarayı
[redaktə | mənbəni redaktə et]Zapolsk sarayı (slovak. Zápoľského palác) Trençin qəsrində inşa edilmiş son tikilidir. Bu üç mərtəbəli bina Stefan Zapolski (slovak. Štefana Zápoľského) tərəfindən 16-cı əsrin əvvəllərində inşa edilmişdir.
Bugünkü vəziyyəti
[redaktə | mənbəni redaktə et]Qəsr Trençin muzeyinin bölgə və qəsr tarixini sənədləşdirən sərgilərini — tarixi mebellər, silahllar, şəkillər və digər əsərlərin sərgilərini və qəsrin qalereyasını, arxeoloji kolleksiyalarını və tapıntılarını nümayiş etdirir. Trençin qəsri Slovakiyanın Milli Mədəniyyət Abidəsi olaraq qorunur. Qəsr 2006-cı ildə təxminən 100 000 nəfər ziyarətçi cəlb etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linder, Vladimir. Trenčín Castle. Slovak Heritage and Cultural Society of British Columbia (ingilis). 8. Slovak Heritage Live. 2000. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.