Traxeyanın intubasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Traxeyanın intubasiyası
Təcili intubasiya
Təcili intubasiya
XBT-9 96.04
XBT-9-KM 96.04
MeSH D007442
MedlinePlus 003449
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Traxeyanın intubasiyası, endotraxeal intubasiya, (nəfəs borusuna boru ya lülənin daxil edilməsi) tənəffüsü və tənəffüs yolunun keçiriciliyini təmin etmək məqsədilə icra edilən anestezioloji və reanimatoloji əməliyyat. Traxeyanın intubasiyası potensial invaziv müdaxilə olduğu üçün onu icra etmək üçün böyük təcrübə tələb olunur. Bu zaman hər hansı bir xəta məsələn, təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Tənəffüs yolunun keçiriciliyini təmin etmək baxımından endotraxeal intubasiya ən sığortalı metoddur[1].

Qarsia tərəfindən aparılan larinqoskopiya, 1884

Tənəffüsü təmin etmək məqsədilə nəfəs borusunun yarılması haqqında ilkin məlumat Qədim Misirə, e. ə. 1550 ilə aid Ebersa papirusunun 110-cu səhifəsində yazılmışdır[2]. Hələ məşhur loğman İbn Sina 1025-ci ildə tənəffüsü təmin etmək məqsədilə nəfəs yoluna boru daxil edilməsi haqqında 14 cildlik tibb ensiklopediyas – Əl-Qanun fi't-Tıbb – "Tibb elminin qanunları ya Təbabət qanunları" külliyyatında bəhs etmişdir[3]. Perqamonlu Qalen ölü heyvanın ağciyərini şişirtmək üçün "dəmirçi yelpiyindən" istifadə etmişdir[4]. İlk olaraq endotraxeal intbasiya eksperimentdə 1847 ildə N. İ. Piraqov tərəfindən itlər üzərində icra edilmişdir. Nəfəs borusunun traxeostomiya yolu ilə intubasiyası 1858 ildə D. Snou tərəfindən (təcrübədə heyvanlar üzərində) aparmışdir. 1871-ci ildən F. Trendelenburq bu üsulu klinikada tətbiq etmişdir. 1878 ildə şotland cərrahı Uliyam Makiven klinikada manual olaraq oratraxeal (ağız-nəfəs borusu) intubasianı icra etmişdir[5]. İntubasianı icra etmək və onu asandlaşdırmaq məqsədilə ilk dəfə olaraq 1855 ildə ispan bas müğənnisi, vokalist pedoqoq və tibb doktoru M. Qarsia tərəfindən larinqoskop icad edilmişdir[6]. Digər bir pioner Sir İvan Magill(1888–1986), kor-koranə nasotraxeal (burun-nəvəs borusu) intubasiyanı icra etmiş[7][8], bu məqsədlə sonralar o, Magill maşasını[9], Magill larinqoskop tiyələrini (dimdiklərini) icad etmişdir[10]. Buna baxmayaraq endotraxeal intubasiya öz geniş tətbiqini yalnız cərrahiyyənin və anesteziyanın təkminləşib inkişaf etmiş olduğu 1920 illərdən başlayaraq tapmağa başlamışdır. R Uoters və R. Makintoş tərəfindən endotraxeal intubasion anesteziyanın klinikada tətbiqi buna böyük təkan vermiş olur. Sir Robert Raynolds Makintoş (1897–1989) 1943 ildə larinqoskop tiyələrini təkmilləşdirərək onlara qovs forması verir ki[11], onlardan bugünkü günümüzə kimi geniş istifadə olunmaqdadır[12]. Xüsusən qeyd etmək lazımdır ki, kanada anestezioloqları Q. Qruffit və E. Conson tərəfindən Monrealda endotraxeal aneteziyada əzələ relaksantllarından istifadə etmələri anesteziologiya tarixində mühüm hadisə sayılır[13] .

  • Tənəffüs yollarının sərbəst keçiriciliyini təmin etmək, sistematik olaraq bronxial sekretin xüsusən də patoloji ifrazatın (bəlğəm, irin, qan və s.) aspirasiyası; tənəffüs yolunun mümkün aspirasiyalarda və Mendelson sindromundan sığortalamaq üçün mədə bağırsaq traktından izolə edilməsi.
  • Süni tənəffüsü optimal dərəcədə təmin etmək, ölü tutumun (qazlar mübadiləsində iştirak etməyən həcmin) azaldılması.
  • Əzələ relaksantlarının tətbiqi pasientin süni tənəffüs aparatına qarşı müqavimətini azaldır.

İntubasiya üsulları

[redaktə | vikimətni redaktə et]
Endotraxeal intubasiya növləri

Daxil edilmə yollarına görə

[redaktə | vikimətni redaktə et]
  • Oratraxeal intubasiya yəni ağız boşluğundan daxil olmaqla, qırtlaqdan keçməklə nəfəs borusunun intubasiyası.
  • Nazatraxeal intubasiya yəni burun boşluğundan daxil olmaqla, qırtlaqdan keçməklə nəfəs borusunun intubasiyası.
  • Koniotomie yəni boyun nahiyyəsindən kəsik aparmaqla bilavasitə qırtlaqdan keçməklə nəfəs borusunun intubasiyası
  • Traxeotomiya yəni boyun nahiyyəsindən kəsik aparmaqla bilavasitə nəfəs borusunun intubasiyası

İcra edilmə texnikasına görə

[redaktə | vikimətni redaktə et]
  • Kortəbii yolla və ya manual
  • Larinqoskop vasitəsilə intubasiya.
    • Magill, Miller (düz formalı) tiyələri ilə
    • Makintoş (qovs şəkilli) tiyəsi ilə
    • Mkkoy (idarəolunan hərəkətli dimdikli) tiyəsi ilə
    • Bullard larinqoskopu ilə
  • Bronxoskop vasitəsilə intubasiya.

Funksiyasına görə

[redaktə | vikimətni redaktə et]
  • Bir tərəfli tənəffüsü təmin etmək məqsədilə iki mənfəzli boru vasitəsilə intubasiya.

Göstərişlər:

  • Sağlam ağciyəri infeksiyalaşmasının qarşısını almaq
  • Massiv ağciyər qanaxmalarında
  • Bronxo.plevral fistillərdə
  • Böyük birtərəfli ağciyər sistlərində
  • Alveolarproteinozlarda
  • Döş qəfəsi cərrahiyyəsində xüsusilə Torakotomiyalarda: pnevmaektomiya və lobektomiyalarda
  • Ezofaqoektamiyalarda

Bu məqsəd üçün istifadə olunan iki lüləli boruların çeşidləri müxtəlifdir:

Bu boru sol tərəfli (sol baş bronxun intubasiyası) intubasiyalar üçün nəzərdə tutlmuşdur. Carlens borusu iki izoləedici qovuqcuqdan və distalucundakı qovuqcuq bərabərində iki sağ və sol bronxların birləşməsindən əmələ gələn dimdiyə müvafiq karina-qarmağına malikdir. Bu borunun 4 müxtəlif ölçüsü olur: 35F, 37F, 39F və 41F

Bu boru Carlens borusunun bir qədər təkmil forması olub, sağ tərəfli (sağ baş bronxun intubasiyası) intubasiyalar üçün nəzərdə tutlmuşdur. Carlens borusundan fərqləndirən cəhət onun distal qovuqcuğunun sağ baş bronxun anatomiyasına müvafiq xüsusi dəliyə malik olmasıdır. Bu dəlik vasitəsilə sağ ağciyərin yuxarı payınön tənəffüsü təmin eilə bilinir. Bu borunun da distal ucundakı qovuqcuq bərabərində iki sağ və sol bronxların birləşməsindən əmələ gələn dimdiyə müvafiq karina-qarmağı və 4 müxtəlif ölçüsü olur: 35F, 37F, 39F və 41F

Bu boru da Carlens borusunun bir qədər təkmil formasıdır. Bu borunun distal ucundakı qovuqcuq bərabərində iki sağ və sol bronxların birləşməsindən əmələ gələn dimdiyə müvafiq karina-qarmağı olmur. Bryce-Smith borusunun 6mm; 6,5mm və 7 mm.lik 3 müxtəlif ölçüsü olur.

Robertshaw hal-hazırda çox istifadə olunan borudur. Bu borunun sağ və sol boş bronxları intubasiya üçün iki tayı mövcuddur. Sağ tayı White borusu kimi distal qovuqcuğunun sağ baş bronxun anatomiyasına müvafiq xüsusi dəliyə malikdir. Plastik materialdan olan borunun hər iki tayının 35F, 37F, 39F və 41F 4 müxtəlif ölçüsü olur.

Göstəriş və əks göstərişlər

[redaktə | vikimətni redaktə et]
Endotraxeal intubasiya üçün ləvazimatlar
Nəfəs borusu – traxeya üçün intubasion boru
Traxeyanın intubasiyasını icra etmək üçün larinqoskop
Çətin intubasiyalar zamanı istifadə olunan MkKoy larinqoskopu
Pediatrik larinqoskop
Çətin intubasiyalar zamanı istifadə olunan Bullard larinqoskopu

Endotraxeal intubasiyaın icrasının mümkünlük dərəcəsini müəyən etmək üçün tərtib edilmiş təsnifatlar:

  1. 2005 American Heart Association Guidelines for Cardiopulmonary Resuscitation and Emergency Cardiovascular Care. Part 7.1: Adjuncts for Airway Control and Ventilation. Circulation 2005;112:IV-51-IV-57
  2. Frost, EA (1976). "Tracing the tracheostomy". Annals of Otology, Rhinology, and Laryngology 85 (5 Pt.1): 618–24. PMID 791052
  3. Skinner P, Unani-tibbi, in Longe (2005)
  4. Barrington Baker, A (1971). "Artificial respiration: the history of an idea". Medical History 15 (4): 336–51. PMC 1034194. PMID 4944603. Retrieved 2010–10–16. Artificial respiration, the history of an idea.[ölü keçid]
  5. Macmillan, M (2010). "William Macewen [1848–1924"]. Journal of Neurology 257 (5): 858–9. doi:10.1007/s00415-010-5524-5. PMID 20306068. http://www.springerlink.com/content/k1t1152577636m28/fulltext.pdf[ölü keçid]. Retrieved 2010–10–16.
  6. Radomski, T (2005). "Manuel García (1805–1906):A bicentenary reflection". Australian Voice 11: 25–41. http://www.harmonicorde.com/Radomski%20Australian%20Voice.pdf Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine. Retrieved 2010–10–16.
  7. Magill, I (1930). "Technique in endotracheal anaesthesia". British Medical Journal 2: 817–9. doi:10.1136/bmj.2.1243.817-a. PMC 2451624. PMID 20775829. http://www.pubmedcentral.nih.gov/articlerender.fcgi?tool=pmcentrez&artid=2451624[ölü keçid]. Retrieved 2010–10–16.
  8. McLachlan, G (2008). "Sir Ivan Magill KCVO, DSc, MB, BCh, BAO, FRCS, FFARCS (Hon), FFARCSI (Hon), DA, (1888–1986)". The Ulster Medical Journal 77 (3): 146–52. PMC 2604469. PMID 18956794. http://www.pubmedcentral.nih.gov/articlerender.fcgi?tool=pmcentrez&artid=2604469[ölü keçid].
  9. Magill, I (1920). "Forceps for intratracheal anaesthesia". British Medical Journal 2: 670. doi:10.1136/bmj.2.571.670. PMC 2338485. PMID 20770050. http://www.pubmedcentral.nih.gov/articlerender.fcgi?tool=pmcentrez&artid=2338485[ölü keçid]. Retrieved 2010–10–16.
  10. Magill, I (1926). "An improved laryngoscope for anaesthetists". The Lancet 207 (5349): 500. doi:10.1016/S0140–6736(01)17109–6.
  11. Macintosh, RR (1943). "A new laryngoscope". The Lancet 241 (6233): 205. doi:10.1016/S0140–6736(00)89390–3.
  12. Scott, J; Baker, PA (2009). "How did the Macintosh laryngoscope become so popular?". Paediatric Anaesthesia 19 (Suppl 1): 24–9. doi:10.1111/j.1460–9592.2009.03026.x.
  13. Глава 13. Эндотрахеальный метод общей анестезии. В. А. Михельсон . ……. 186. [ölü keçid]