Toto Kutunyo
Toto Kutunyo | |
---|---|
it. Toto Cutugno | |
Ümumi məlumatlar | |
Doğum adı | Salvatore Cutugno |
Doğum tarixi | 7 iyul 1943[1][2] |
Vəfat tarixi | 22 avqust 2023[3] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | prostat xərçəngi[5] |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı yazarı, bəstəkar, mahnı yazarı[d], televiziya aparıcısı, ifaçı[d], klaviaturaçı[d], gitaraçı, aparıcı, saksofonçu[d], zərbçi[d], səsyazma sənətçisi[d], musiqiçi, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 1970–2023 |
Janr | pop musiqisi |
Musiqi alətləri | gitara, saksofon, klavişli alət[d], zərb alətləri |
Səs tembri | bariton |
totocutugno.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Salvatore (Toto) Kutunyo (it. Toto Cutugno; Salvatore Cutugno; 7 iyul 1943[1][2] – 22 avqust 2023[3], Milan, İtaliya[3][4][…]) — İtaliya estrada müğənnisi və bəstəkarı, 1990 Avroviziya Mahnı Müsabiqəsinin qalibi. "L'Italiano" mahnısı ilə dünya şöhrəti qazanmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.
Yaradıcılıq həyatı
[redaktə | mənbəni redaktə et]19 yaşına qədər Kutunyo yerli musiqi qruplarında zərb alətlərində ifa edir. Sonra Toto "Toto e Tati" adlı şəxsi qrupunu təşkil edir. Bu qrup çox böyük uğurla qastrollarda iştirak edir. Elə bu vaxt o özü də musiqi yaratmağa başlayır.
1975-ci ilin əvvəlində Kutunyo "Albatros" qrupu ilə çıxış etməyə başlayır. O, şair Vito Pallaviçini ilə birlikdə "Oazis" mahnısını yazır. Həmin il məşhur fransız müğənnisi Co Dassenin bədii rəhbəri Jak Ple Kutunyo-Pallaviçini əməkdaşlığına öz münasibətini bildirir. Co Dassenin mahnılarının daimi mətn müəllifləri Klod Lömyel və Pyer Delanoye Toto Kutunyonun melodiyalarına fransız sözləri yazırlar. Beləliklə də, gözəl "Et si tu n`éxistais pas", "Salut" və 1975-ci ildə fransız pop musiqisinin hiti olmuş "L`été Indien" mahnıları yaranır.
1976-cı ildə Toto "Volo AZ 504" mahnısı ilə birinci dəfə San-Remo festivalında iştirak etdi. O, ümumi hesabda üçüncü yeri tutmuşdu. Elə həmin ildə Kutunyo "Nel cuore, nei sensi" mahnısı ilə böyük müvəffəqiyyətlə "Festivalbar"da çıxış edir.
Bir il sonra "Albatros" yenidən "Ariston" teatrının səhnəsində növbəti San-Remo festivalında çıxış edir. "Gran Premio" mahnısı beşinci yeri tutur. Festivaldan sonra qrup dağılır.
1980-ci ildə Toto Kutunyo "Solo noi" mahnısı ilə San-Remo festivalının qalibi olur. Bu qələbədən bir neçə həftə sonra Toto "Francesca non sa" mahnısı ilə Tokio beynəlxalq musiqi festivalında birinci yeri tutur.
Toto Kutunyo 1983-cü ildə San-Remo festivalında "L’italiano" mahnısı ilə iştirak edir. Bu mahnı bu günə qədər müğənninin ən çox tanınan mahnısıdır. Mahnı rəsmən beşinci yeri tutur. Lakin xalq səsverməsində mahnı müsabiqənin qalibi olmuşdu. 1984-cü ildə Toto San-Remo festivalında "Serenata" mahnısını oxuyur və ikinci yerə layiq görülür.
1986-cı ildə Toto San-Remoda "Azzurra malinconia" mahnısı ilə dördüncü, 1987-ci ildə isə "Figli" mahnısı ilə ikinci yerin sahibi olur. Həmin ildə Toto italyan televiziyasının tanınmış verilişlərindən birinin aparıcısı olur.
Sonrakı üç ildə də Toto Kutunyo yenidən böyük müvəffəqiyyətlə San-Remo festivalında: "Emozioni" (1988), "Le mamme" (1989) və "Gli amori" (1990) mahnıları ilə çıxış edir.
1990-cı ildə Toto Kutunyo "Insieme: 1992" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində iştirak edir və bu müsabiqənin qalibi olur. Nəticədə İtaliya Avroviziyanın 1991-ci ildə keçirilməsi hüququ qazanmışdı. Roma şəhərində keçirilən "Avroviziya-1991" müsabiqəsinin aparıcıları İtaliyanın iki ən layiqli təmsilçisi: Toto Kutunyo və 1964-cü il müsabiqəsinin qalibi Cilyola Çinkvetti olmuşdu.
5 illik fasilədən sonra Kutunyo San-Remo festivalına qayıdır. 1995-ci ildə bu festivalda "Voglio andare a vivere in campagna", 1997-ci ildə isə "Faccia pulita" mahnısı ilə çıxış edir.
1998-ci ildən 2000-ci ilə qədər Toto Kutunyo İtaliya televiziyasında "Sizin faktlar" ("I fatti vostri") proqramının aparıcı olur və öz musiqi fəaliyyətini davam etdirərək müxtəlif ölkələrdə qastrollarda olur.
2008-ci il noyabrın 8-də Toto Kutunyo Bakıya gəlir. Ölkənin baş konsert zalında, yəni Heydər Əliyev adına sarayda, "Qatar" adlı konsert proqramıyla çıxış edir[6].
2009-cu ilin yazında Rusiyaya konsertə dəvət olunan Kutunyo bu təklifdən imtina edir. Səbəb isə müğənninin xəstəliyinin ağırlaşması və kimyəvi terapiya alması idi. Lakin buna baxmayaraq o, həmin ilin (2009) noyabrında Moskvaya gəlir.
2010-cu ilin noyabrında Kiyev şəhərinə gələn Kutunyo orada Adriano Çelentanonun oğlu Cakamo ilə konsert verib.
2007-ci ildə Cutugno-ya prostat xərçəngi diaqnozu qoyuldu, əməliyyat olundu və sağ böyrəyi çıxarıldı. O, həmkarı Albano Karrizini vaxtında xərçəngi a��karlamağa kömək edən və vəziyyətdə ona kömək edən biri hesab edirdi. Cutugno 22 avqust 2023-cü ildə 80 yaşında Milanda San Raffaele Xəstəxanasında prostat xərçəngindən öldü.
Azərbaycan səfəri
[redaktə | mənbəni redaktə et]18 dekabr 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo başda olmaqla, "San-Remo" festivalının digər iştirakçıları Albano, Rikardo Folyi, Umberto Tossi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya, "Riki e poveri" konsert proqramı ilə çıxış ediblər[7][8]. Son olaraq səhnəyə çıxan Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etmişdi[9][10][11][12].
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- Volo AZ 504 (1976)
- Voglio l`anima (1979)
- Innamorata, innamorato, innamorati (1980)
- La mia musica (1981)
- L`italiano (1983)
- Per amore o per gioco (1985)
- Azzurra malinconia — Italia (1986)
- Absurda melancolia — Argentina (1986)
- Mediterraneo (1987)
- Insieme 1992 (1990)
- Non e` facile essere uomini (1991)
- Voglio andare a vivere in campagna (1995)
- Canzoni nascoste (1997)
- Il treno va (2002)
- Cantando (2005)
- Come noi nessuno al mondo (2005)
- Un falco chiuso in gabbia (2008)
- I miei Sanremo (2010)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #134353285 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Toto Cutugno // Discogs (ing.). 2000.
- ↑ 1 2 3 4 È morto Toto Cutugno. Aveva appena compiuto 80 anni (it.). 2023.
- ↑ 1 2 Toto Cutugno, morto il cantante de ‘L'italiano’. Aveva 80 anni. la Repubblica, 2023.
- ↑ È morto Toto Cutugno. Aveva appena compiuto 80 anni. Rai News 24, 2023.
- ↑ "Тото Кутуньо дал концерт в Баку". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-11.
- ↑ "Концерт "Звезды фестиваля Сан-Ремо в Баку"". 2013-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ "Toto Kutunyo, Al Bano və San-Remo festivalının digər ulduzları Bakıda konsert verəcəklər". 2013-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ "Toto Kutunyo "Sarı gəlin"i oxudu - VİDEO". 2013-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ "Toto Kutunyo "Sarı Gəlin" mahnısını ifa etdi – Video". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ "Toto Cutugno sings "Sari Gelin" in Baku - VIDEO". 2013-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ "Toto Kutunyo "Sarı gəlin"i oxudu". 2013-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Toto Kutunyo — IMDb səhifəsi
- Rəsmi saytı (ital.)
- Toto Cutugno Spain Oficial (Idiomas: Español/Italiano/Inglés)
- Toto Cutugo Fanclub Romania
- Rusiya saytı Arxivləşdirilib 2020-11-29 at the Wayback Machine
- Mahnılarının mətni və rus dilinə tərcüməsi Arxivləşdirilib 2010-03-18 at the Wayback Machine
- Тото Кутуньо дал концерт в Кремле Arxivləşdirilib 2011-10-18 at the Wayback Machine (rus.)
- MSN Group Arxivləşdirilib 2007-11-21 at the Wayback Machine
- 7 iyulda doğulanlar
- 1943-cü ildə doğulanlar
- 22 avqustda vəfat edənlər
- 2023-cü ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Milanda vəfat edənlər
- Baritonlar
- Əlifba sırasına görə musiqiçilər
- İtaliya müğənniləri
- İtaliya bəstəkarları
- 1990 Avroviziya Mahnı Müsabiqəsi
- Avroviziya Mahnı Müsabiqəsinin qalibləri
- İtaliya Avroviziya Mahnı Müsabiqəsində
- Prostat xərçəngindən ölənlər