Tofiq Tağızadə
Tofiq Tağızadə | |
---|---|
Tofiq Mehdiqulu oğlu Tağızadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan Xalq Cümhuriyyəti |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
AXC SSRİ Azərbaycan |
Fəaliyyəti | kinorejissor, aktyor |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0846552 |
Tofiq Mehdiqulu oğlu Tağızadə (7 fevral 1919 – 27 avqust 1998) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın (1960) və Çeçenistanın (1964) əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti (1976).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb.[2] Bir çox filmlərin quruluşçu rejissoru olub. Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Vaxtı da çox az olardı. Bəlkə də ona görə az-az görünərdi. Özünəməxsus geyim forması var idi. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olurdu. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. 50-ci illərdə çəkdiyi üç filmlə Azərbaycan kinosuna yeni üslub gətirdi ("Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri).
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Tofiq müəllim "Görüş"lə gəldi sənətə. "Görüş" onu əbədi olaraq bu sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var.
O, çəkdiyi filmlərdə peşəkar kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.
Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar idi.
Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.
Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir.
"Dədə Qorqud" Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.
"Mən ki gözəl deyildim" filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır.
Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.
Tofiq Tağızadə bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Tofiq Tağızadə Moskvada, ÜDKİ-də təhsil alıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur. Onlar bizim tariximizdir, bizim mənəvi varlığımızdır.
T.Tağızadə Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli "Arşın mal alan" bədii filminin quruluşçu rejissorudur. "Yeddi oğul istərəm" filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır.
İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır. "Bağ mövsümü" isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir. "O dünyadan salam" filmi də onun son vaxtlar lentə aldığı əsərlərindəndir.
Əsasında böyük Mirzə Cəlilin "Ölülər" tragikomediyası dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirir və bu günümüzün hadisələri ilə bağlayır. Tofiq Tağızadə xalq artisti idi.
Ömrünün son illərində xüsusi studiya yaratmışdı. İşləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez apardı. Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]24 yanvar 2019-cu ildə Azərbaycan prezidenti Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[3][4]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR xalq artisti — 23.12.1976[5]
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 06.02.1979[6]
- "Şərəf nişanı" ordeni (09.06.1959)
- "Oktyabr inqilabı" ordeni
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)-aktyor: mirzə Mahmud
- Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film)-rol: rejissor Oqtay Məmmədoviç
- Arşın mal alan (film, 1965)
- Azərbaycan kinosu-80 (film, 1996)
- Babamızın babasının babası (film, 1981)
- Bağ mövsümü (film, 1985)
- Bəxt üzüyü (film, 1991)
- Bir nömrəli... (film, 1980)
- Böyük ömrün anları (film, 2006)
- Dədə Qorqud (film, 1975)
- Evin kişisi (film, 1978)
- Əmək və qızılgül (film, 1962)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Əsl dost (film, 1959)
- Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə (film, 2015)
- Görüş (film, 1955)
- Köpək (film, 1994)
- Qaladan tapılan mücrü (film, 1982)
- Qanlı zəmi (film, 1985)
- Qəribə adam (film, 1979)
- Qızıl qaz (film, 1972)
- Matteo Falkone (film, 1960)
- Mən ki gözəl deyildim (film, 1968)
- O dünyadan salam (film, 1991)
- Silinməyən izlər... (film, 2011)
- Şəbih (film, 1971)
- Uzaq sahillərdə (film, 1958)
- Yeddi oğul istərəm... (film, 1970)
- Yeganə çıxış yolu (film, 1980)
- Zirzəmi (film, 1990)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Allahverdiyev, E. Kino şedevrlərinin ölməz müəllifi: [Xalq artisti Tofiq Tağızadə haqqında] //Ekran-efir.- 2011.- 25 fevral.- S. 4.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ President.Az. "Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 24.01.2019. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 24.01.2019. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ T.M.Tağızadə yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 6 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Mənbə
[redaktə | mənbəni redaktə et]- “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
- Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust.
- Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 22 avqust.
- Tofiq Tağızadə (kinorejissor). “Əlbir işləyək” //Ədəbiyyat və incəsənət.- 1959.- 3 yanvar.
- Tofiq Tağızadə. “İllər və arzular” //Ədəbiyyat və incəsənət.- 1964.- 25 yanvar.
- “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
- Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı, 2007. səh. 199
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- Gözəl Azərbaycan filmlərinin müəllifi...: “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Dədə-Qorqud”: [kinorejissor Tofiq Tağızadə haqqında] //Azadlıq.- 2011.- 11 noyabr.- S.14.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1]
- Gözəl Azərbaycan filmlərinin müəllifi...
- Azərbaycan kinosunun ən nadir filmlərinin rejissoru
- Bu gün kinorejissor Tofiq Tağızadənin doğum günüdür Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine
- Tofiq Tağızadə - 95 Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine
- Прошло 95 лет со дня рождения режиссера Тофика Тагизаде Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine
- Звезды не гаснут. В Музейном центре прошел вечер памяти Тофика Тагизаде
- "Yeddi oğul istərəm"ə plagiat iddiası: Rejissorun cavabı - Video
- 7 fevralda doğulanlar
- 1919-cu ildə doğulanlar
- 79 yaşında vəfat edənlər
- 27 avqustda vəfat edənlər
- 1998-ci ildə vəfat edənlər
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan LKGİ mükafatı laureatları
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Tofiq Tağızadə
- SSRİ film rejissorları
- Azərbaycan film rejissorları
- SSRİ aktyorları
- Azərbaycan aktyorları
- SSRİ ssenaristləri
- Azərbaycan ssenaristləri
- İkinci Dünya müharibəsi iştirakçıları
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər