Tiliqul limanı
Tiliqul limanı | |
---|---|
ukr. Тилігульський лиман | |
![]() | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0,4 m |
Eni | 2,5 km |
Uzunluğu | 80 km |
Sahəsi |
|
Həcmi | 170 km³ |
Dərin yeri | 19 m |
Yerləşməsi | |
46°51′20″ şm. e. 31°05′58″ ş. u.HGYO | |
Ölkə |
![]() |
|
|
![]() |
Tiliqul limanı (ukr. Тилігульський лиман) — Ukraynanın Odessa və Nikolayev vilayətləri ərazisində, Qara dənizin sahilində yerləşən estuari. Limanın uzunluğu 80 km, eni 0,2–3,5 km, maksimal dərinliyi 19 m təşkil edir. Limanın sahəsi 170 km²-dir. Dənizdən eni 4 km, uzunluğu 7 km təşkil edən bərzəxlə ayrılır. 27 dekabr 2017-ci ildən liman dənizlə kiçik dayazlıqla birləşir. Limana Tilikul çayı tökülür. Limanın sağ və solunda iki təbiət lanşaft parkı yerləşir. Tiliqul limanı Ramsar Konvensiyasının su-bataqlıq zonasına daxil ərazi olaraq qorunur.
Adının mənası
[redaktə | vikimətni redaktə et]Limanın adı türk sözü olub «Dəli göl» mənasını verir. Türklər limana bu adı orada müşahidə edilən güclü küləklər səbəbindən vermişlər. Küləklər əsasən cənubdan şimala və ya əksinə əsir.
Limanın tarixi
[redaktə | vikimətni redaktə et]Tiliqul limanı iqlim dəyişikliyi sayəsində meydana gəlmişdir. Belə ki bir zamanlar çayın mənsəbi olan ərazi çayda sululuğun azalması ilə limana çevrilmişdir. İllər keçdikcə isə gölün suyu şorlaşmışdır. 2017-ci ilin sonunda aparılan araşdırmalara görə suyunun duzluğu hər litrə 30 promildir. Limanı dənizdən ayıran qumluq artıq 4 km enə 7 km uzunluğa sahibdir.
Hazırda liman köçəri quşların əsas dayançaqlarından biridir. Bu səbəbdən yasaqlıq elan edilmişdir.
XX əsrin ortalarında limanı Qara dənizlə birləşdirən kanal qazılmışdır[1]. Kanalın mənsəbi daim təmizlənilirdi.
Yeni hidrotexniki layihə 2016-2017-ci illərdə gercəkləşdirilməyə başlanılmışdır. Bu limanın qurumaqdan qorunması məqsədi ilə atılmışdır. 27 dekabr 2017-ci ildə limana dəniz suyu axmağa başlamışdır.
Qalereya
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Официальный сайт регионального ландшафтного парка «Тилигульский» (Николаевская область)
- Описание Тилигульского лимана на Igotoworld:
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Ресурсы поверхностных вод СССР. Описание рек и озёр и расчёты основных характеристик их режима. — Т. 6. Украина и Молдавия. Вып. 1. Западная Украина и Молдавия (без бассейна р. Днестра). — Л., Гидрометеоиздат, 1978. — 258—261, 490 с.
- АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ ЛИМАНОВ СЕВЕРО-ЗАПАДНОГО ПРИЧЕРНОМОРЬЯ (монография):http://lagoons.biologiaatua.net/wp-content/uploads/downloads/2013/06/2011-book-115.pdf[ölü keçid]