The Animals
The Animals | |
---|---|
Əsas məlumatlar | |
Üslub | blyuz-rok[d], hard-rok, psixodelik rok, R&B |
Leybl | Columbia Records, Decca Records[d], Atco Records[d], Atlantic Records |
Vikianbarda əlaqəli mediafayllar |
The Animals (həmçinin Animals & Friends və Eric Burdon and the Animals kimi tanınır) — 1963-cü ildə Nyukasl apon Taynda yaradılmış ingilis rok qrupudur.
Tarixi
[redaktə | mənbəni redaktə et]The Animals rok qrupu 1963-cü ildə Nyukasl apon Taynda yaradılmışdır.
1960-cı illərin ortalarında qrupun tərkibi çoxsaylı kadr dəyişikliyinə məruz qaldı və 1966-cı ildə qrupun ilkin orijinallığının, yaradıcılıq təcəssümunün parçalanmasına səbəb olan zəif biznes idarəçiliyindən əziyyət çəkdilər. Bördon daha sonra Eric Burdon və "The Animals" adı altında əsasən yeni musiqiçilər qrupunu topladı. Çox dəyişmiş tərkibdə qrup Kaliforniyaya köçür və onilliyin sonunda dağılmazdan əvvəl "San Franciscan Nights", "When I was Young" və "Sky Pilot" kimi hitləri ilə psixodelik və mütərəqqi rok qrupu kimi kommersiya uğuru qazandı.[1]
Bördon, Prays, Çandler, Valentin və Stilin orijinal qrupu 1968-ci ildə Nyukaslda birdəfəlik xeyriyyə konserti üçün yenidən birləşdi. Daha sonra, 1975 və 1983-cü illərdə qısa geri dönüşlərə başladılar. O vaxtdan bəri müxtəlif adlar altında orijinal dövrün üzvlərinin bir neçə dəfə qismən yenidən qruplaşması baş verdi. Ümumilikdə qrup həm UK Singles Chart-da həm də ABŞ Billboard Hot 100-də 10 ən yaxşı 20 hit əldə etmişdir. "The Animals"ın ilkin orijinal tərkibi 1994-cü ildə Rock & Roll Şöhrət Zalına daxil edilmişdir.
Tərkibi
[redaktə | mənbəni redaktə et]"The Animals"ın orijinal heyəti güclü qalın səsli solist Erik Bördon, gitaraçı Hilton Valentine, bass gitaraçı Ças Çandler, klavişçi Alan Prays və zərb alətlərində Con Stildən ibarət idi. Güclü səsləri ilə tanınan musiqiçilər R&B stilinə istiqamətlənmiş albomda sərt, rok-pop sinqllarını balanslaşdırdılar və Britaniya musiqisinin ABŞ-ı zəpt etməsinin bir hissəsi oldular.
The House of the Rising Sun
[redaktə | mənbəni redaktə et]The Animals öz müəllif mahnısı və bir nömrəli transatlantik hit olan "The House of the Rising Sun" (Doğan genəş evi) sinqlı ilə şöhrət qazanır
Digər sinqlları
[redaktə | mənbəni redaktə et]"The House of the Rising Sun" sinqlında sonra qrup uğurunu "We Gotta Get Out of This Place" (Bu yerdən getməliyik), "It's My Life" (Bu mənim həyatımdır), "Don't Bring Mə Down" (Məni aşağı salma), "It's Crying" (Ağlayıram), "See See Rider" (Bax, atlıya bax) və "Don't Let Me Be Misunderstood" (Məni səhv başa düşməyə imkan verməyin) kimi hitləri ilə davam etdirdi.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Mükafatları
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Rolling Stone.