Teslanın Kolumb yumurtası
Nikola Tesla 1893-cü il Dünya sərgisində Kolumb yumurtası kimi yaradılan qurğusunu nümayiş etdirdi.[1] Bu asinxron maşın və fırlanan maqnit sahəsi nümunəsi prinsiplərini izah və nümayiş etdirmək üçün istifadə olunmuşdu. Teslanın Kolumb yumurtası fırlanan maqnit sahəsində mis yumurta ilə Kolumb çevikliyini nümayiş etdirib. Yumurata giroskopun hərəkətinə görə dimdik dayanan əsas oxları ətrafında fırlanır.
Teslanın qurğusunda dörd elektromaqnit sarğı sarınmış statorun içində toroid dəmir istifadə edilib. Qurğu fırlanan maqnit sahəsi yaratmaq üçün ikifazlı dəyişən cərəyan mənbəyi ilə qidalandırılır. Bu qurğu 25 -300 hers tezliyində fəaliyyət göstərirdi. İdeal fəaliyyət göstərmə tezliyi 35-40 hers arasında xarakterizə olunur. Qurğunun surəti Belqradda Nikola Tesla Muzeyində, Zaqrebdə Texniki muzey və Xorvatiya Tarixi Muzeyində , Miçiqanda Ann Arbor əyləncəli elm muzeyində nümayiş olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "NIKOLA TESLA'S "EGG OF COLUMBUS"". 2020-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr, 2014.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- What Did Nikola Tesla Invent? – Teslanın Kolumb yumurtası təcrübəsi
- Tesla's Egg of Columbus. Electrical Experimenter, 1919 –Teslanın eksperimentini əks etdirən məqalə