Tereza Sampsonia
Tereza Sampsonia | |
---|---|
Doğum tarixi | 1589 |
Doğum yeri | |
Vəfat tarixi | 1668[1] |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Tereza Sampsoniya (doğum adı Sampsoniya, evləndikdən sonrakı adı isə Ledi Şirli olmuşdur; 1589, Səfəvilər – 1668[1], Roma) — Səfəvilər İmperiyasından olan zadəgan qadın. O, İngiltərə sərgüzəştçisi Robert Şirlinin həyat yoldaşı idi və onu Avropa ölkələrinə səyahət edir və Səfəvi padşahı I Şah Abbasın elçiliklərinin rəhəbi adı ilə müşayiət edirdi.
Tereza, aralarında İngiltərə sahzadəsi Henri Frederik və Danimarkalı Annanın (övladının vəliləri), həmçinin Tomas Herbert və Antonio Van Deyk kimi çağdaş dövrün yazıçı və sənətkarları da olmaqla Avropanın bir çox kral evində qonaq olmuşdur. Herbert, Robert Şirlini "dövrünün ən böyük səyyahı" hesab etsə də, "qorxmaz xanım Tereza"ya daha çox heyran qalmışdı.
1628-ci ildə Terezanın əri dizenteriyadan vəfat edir. Bunun ardınca o, Abbasın xələfi və nəvəsi olan Səfinin hakimiyyəti dövründə məhkəmə böyükləri və səlahiyyətlilərin yaratdığı maneələr səbəbiylə ölkəni tərk edir. Tereza qalan ömrünü Romadakı bir manastırda yaşayaraq xeyriyyəçilik və dinə həsr etmişdir.
Mömin bir xristian olduğundan və ərinə olan sevgisi səbəbiylə Tereza, əri Robert Şirlinin qalıqlarını İsfahandan Romaya gətirdərək burada dəfn edir. O, özünün və yoldaşının yanaşı qazılmış qəbrlərinin başdaşı üzərində səyahətlərini qeyd etmiş və öz nəcib Çərkəz mənşəyinə işarə etmişdir.
Teresa və Robert Şirlinin səyahətləri bir çox müasir ingilis, italyan, Latın və ispan mənbələrində, o cümlədən şahidlərin ifadələrində qeyd edilmişdir.[2][3] Tereza öz dövrünün müsəlman və xristian mədəniyyətləri üçün ümumi olan patriarxal gender rollarını alt-üst edən biri kimi təsvir edilmişdir. Hibrid şəxsiyyətləri və sərgüzəştləri sayəsində Tereza və əri bir neçə müasir ədəbi və vizual əsərin mövzusuna çevrilirlər. Buna baxmayaraq, 17-ci əsrin əhəmiyyətli bir qadını kimi Teresanın hekayəsi əri Robert və qardaşlarının sərgüzəştlərinin kölgəsində qalır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tereza 1589-cu ildə Səfəvi İmperiyasında, Böyük Şah Abbas tərəfindən idarə olunan zadəgan pravoslav xristian Çərkəz ailəsində anadan olmuşdur. Padşahın qaynı İsmayıl Xanın qızı olan o, doğularkən Sampsoniya adını alır.[4] Uşaqlığı İsfahanda, əfəvilərin şah sarayında keçir, burada tikmə və rəsm çəkməyi sevən gözəl, bacarıqlı zədəgan qadın kimi böyüyür.[5]
Səyahətləri
[redaktə | mənbəni redaktə et]Səfəvi səltənətindən çıxış
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.oxforddnb.com/view/10.1093/odnb/9780198614128.001.0001/odnb-9780198614128-e-112767.
- ↑ Andrea, 2019. səh. 102.
- ↑ Andrea, 2017a. səh. 29–30.
- ↑ Chick, Matthee, 2012. səh. 144; Blow, 2009. səh. 88.
- ↑ Chick, Matthee, 2012. səh. 144; Blow, 2009. səh. 88.