Tanaqa
Tanaqa adası | |
---|---|
ing. Tanaga | |
Ümumi məlumatlar | |
Sahəsi | 530 km² |
Uzunluğu |
|
Eni | 32 km |
Hündür nöqtəsi | 1806 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
51°48′ şm. e. 177°57′ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax[1]) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır. Tanaqa sonuncu dəfə 1914-cü ildə püskürüb; daha əvvəl püskürmələr 1763-1770, 1791 və 1829-cu illərdə qeyd edildi.
Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1756-cı ildə sənayeçi Başmakovun ekspedisiyası o vaxtlar aleutların məskəni olan adaya eniş edir[2]. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
1943-cü ildə Adak adasına qayıdan təyyarələr üçün təcili eniş zamanı adada uçuş zolağı qurulur. İkinci Dünya müharibəsinin sonunda uçuş zolağı tərk edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bergsland, K. Aleut Dictionary. Fairbanks: Alaska Native Language Center. 1994.
- ↑ "Промысловое освоение алеутских о-вов русскими промышленниками (1743—1783)". 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-09.