Türksat 2A

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Türksat 2A
Xüsusiyyətləri
Buraxılma tarixi 10 yanvar 2001[1]

Türksat 2A — (Eurasiasat 1), 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyət göstərmiş peyk.

Türkiyə Cümhuriyyətinə məxsusdur. Türksat 3A ilə eyni uzunluq dairəsindədir. 10 yanvar 2001-ci il tarixində kosmosa göndərilmiş, 1 fevral 2001-ci ildən 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyətə başlamışdır. Yerli xarici televiziya kanalları ilə digər peyk xidmətlərini göstərmişdir. Türksat tərəfindən idarə olunub.

Türksat 2A fəaliyyətini 27 sentyabr 2016-cı il tarixində başa vurub.[2]

  1. McDowell J. Jonathan's Space Report. 1989.
  2. Türksat 2A peyki — turksat.com.tr. 3 yanvar 2017-ci il tarixində arxivləşdirildi.