Suzanna Tamaro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Suzanna Tamaro
Susanna Tamaro
Doğum tarixi (66 yaş)
Doğum yeri Triest, İtaliya İtaliya
Vətəndaşlığı İtaliya İtaliya
Milliyyəti italyan
Təhsili
  • Eksperimental Kinematoqrafiya Mərkəzi[d]
Fəaliyyəti kinorejissor, ssenarist, yazıçı, romançı
Fəaliyyət illəri 1981-...
Əsərlərinin dili italyan
Janr Roman
İlk əsəri "Sehirli Çənbər"
Mükafatları Gold Medal of the Italian Order of Merit for Culture and Art
susannatamaro.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suzanna Tamaro — italyan yazıçısı. İtaliyanın Triest şəhərində 1957-ci ilin 12 dekabrında anadan olub. Uşaqlığında bir çox çətinliklərlə üzləşib. Suzanna 1972-ci ildə zəlzələyə şahid olur, 1979-cu ildə ölümcül xəstəliyə tutulur. Yazıçılığa 1981-ci ildə başlamışdır.

Suzanna Tamaro ilk əsərləri o qədər də maraq görməmişdir. Onu tanıdan ilk əsər “Tək bir səs üçün” kitabı olmuşdur. Daha sonra yazdığı "Ürəyinin götürdüyü yerə get" romanı aylarla İtaliyada ən çox satılan kitablardan biri olmuşdur. Romanları əsasən məktub və ya gündəlik şəklindədir. Hadisələri bir nəfərin ağzından danışır. Əsərləri matəm xarakterlidir. Romanlarının qəhrəmanları əsasən ölüm ayağına gəlmiş obrazlardır.

  • Sehrli Çənbər (1994)
  • Ürəyinin götürdüyü yerə get (1994)
  • Ağlı bir qarış havada (1989)
  • Daha çox alov, daha çox duman (2002)
  • Ürəyimin səsini dinlə (2007)
  • Dünyanın Ruhu (1997)
  • Sonsuza qədər
  • Luisito - Bir sevgi hekayəsi (2008)
  • Hər mələk qorxuncdur (2013)
  • Tək səs üçün (1998)
  • Cavab ver mənə (2001)

Uşaq kitabları

[redaktə | mənbəni redaktə et]
  • Kitablardan qorxan uşaq (2000)
  • Tobia və Mələk (2000)
  • Gombul ürək (1999)
  • Əziz Matilda, insanın gəzməsini dörd gözlə gözləyirəm (2000)
  • Evə doğru (2000)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]