Suriya kürdləri
Suriya kürdləri —Suriya ərazisində yaşayan etnik kürd icması. Onlar ölkədə etnik azlıqdır və sayı Suriya əhalisinin təxminən 10%-ni təşkil edir.[1]
Suriya ərazisində kürdlər əsasən ölkənin şimal və şimal-şərqində qeyri-rəsmi olaraq "Suriya Kürdüstanı" adlandırılan və de-fakto ŞŞSMİ tərəfindən idarə olunan regionda kompakt şəkildə yaşayırlar.[2],Kürd əhalisi arasında "Qərbi Kürdüstan" adı Böyük Kürdüstanın bir hissəsi kimi verilir.[3][4][5] Əsasən kürdlərin məskunlaşdığı ən böyük şəhərlər Türkiyə sərhədinə yaxın Hələb mühafəzəsində Qamışlı, Həsəkə və Kobanidir.
Beynəlxalq və kürd insan haqları təşkilatları Suriya hakimiyyətini illərlə kürd azlığına qarşı ayrı-seçkilikdə ittiham ediblər.
Kürdlər özləri üçün bərabər siyasi və iqtisadi hüquqlar tələb edirdilər. Suriya kürdlərinin əhəmiyyətli bir hissəsi də İraq Kürdüstanı kimi siyasi muxtariyyət istəyini nümayiş etdirmişdi, lakin müəyyən dairələr tam siyasi müstəqilliyi rəhbər tuturdu. Vətəndaş müharibəsinin əvvəlində Suriya hökumət qoşunları kürdlərin kompakt yaşadığı yerləri tərk etməyə məcbur olmuşdular ki, bu da kürd özünüidarəsinin formalaşmasına töhfə vermişdi.[6]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Syria - The World Factbook". CIA. 2022-11-15. 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
- ↑ "Syrian President Bashar al-Assad accused of arming Kurdish separatists for attacks against Turkish government — Middle East — World — The Independent". 2012-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
- ↑ "Ankara Alarmed by Syrian Kurds' Autonomy". Wall Street Journal. 2013-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Syrian Kurds more a chance than challenge to Turkey, if…". Al-Arabiya. 2013-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Syrian Kurdish moves ring alarm bells in Turkey". Reuters. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-17.
- ↑ "Kurds seek autonomy in a democratic Syria". BBC World News. 2012-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.