Sudan qohumluq sistemi
Sudan qohumluq sistemi, həmçinin deskriptiv sistem — ailəni təyin etmək üçün istifadə edilən qohumluq sistemi. Lüis Henri Morqan tərəfindən 1871-ci ildə "İnsan ailəsinin qohumluq və yaxınlıq sistemləri" adlı əsərində müəyyən edilən Sudan sistemi altı əsas qohumluq sistemindən biridir.[1]
Sudan qohumluq sistemi bütün qohumluq sistemləri arasında ən mürəkkəbidir. O, eqonun qohumlarının demək olar ki, hər biri üçün eqodan uzaqlığına, qohumluğuna və cinsinə görə ayrıca təyinat saxlayır. Eqonun atası eqonun atasının qardaşından və eqonun anasının qardaşından fərqlənir. Eqonun anası eqonun anasının bacısından və eqonun atasının bacısından eyni şəkildə fərqlənir. Kuzenlər üçün səkkiz mümkün termin var. Azərbaycan dili Sudan qohumluq sistemindən istifadə edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Schwimmer, Brian. "Systematic Kinship Terminologies". 24 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2016.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- William Haviland, Cultural Anthropology, Wadsworth Publishing, 2002. ISBN 0-534-27479-XISBN 0-534-27479-X
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- The nature of kinship
- Sudanese kin terms, University of Manitoba