Məzmuna keç

Spanqliş

Vikipediya, azad ensiklopediya
Spanqliş
Ölkələr
Təsnifatı
picin və ya kreol[vd]
Kreol dili
İngilis dili əsasında kreol dilləri[vd]
Spanqliş (dil)
Yazı latın əlifbası
Dil kodları
IETF en-spanglis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Spanqliş(isp. Espanglish, ing. Spanglish[1]) — İngilis və İspan dillərinin danışıq zamanı qarışdırılması nəticəsində yaranan dil variantı. Bu termin əsasən ABŞ-da istifadə olunur və iki dilin sözləri və qrammatikasının qarışığını bildirir. Spanqliş fərqli bölgələrdə müstəqil şəkildə inkişaf etdiyinə və müxtəlif dərəcədə ikidilliliyi əks etdirdiyinə görə, o, yerli danışılan İngilisİspan dili növlərini özündə əks etdirir.

Spanqliş termini ilk dəfə 1933-cü ildə qeydə alınıb.[2] 1940-cı illərin sonlarında Puerto-Rikolu jurnalist, şair və esseist Salvador Tio bəzi ingilis sözləri ilə danışılan ispan dili üçün "Espanglish" və bəzi ispan sözləri ilə danışılan ingilis dili üçün "Inglañol" terminlərini yaratdı.[3] 1898-ci ildə Puerto-Riko ABŞ ərazisi olduqdan sonra, ABŞ ordusu və erkən müstəmləkə administrasiyası ada sakinlərinə ingilis dilini qəbul etdirməyə çalışdığı üçün Spanqliş burada getdikcə daha çox yayılmağa başladı. 1902–1948-ci illər arasında dövlət məktəblərində əsas tədris dili ingilis dili idi.[4] Hal-hazırda Puerto-Riko həm ingilis, həm də ispan dillərinin rəsmi dil olduğu nadir yerlərdən biridir. Spanqlişin vahid bir dialekti yoxdur. Xüsusilə Nyu-York, Florida, TexasKaliforniyada danışılan Spanqliş formaları bir-birindən fərqlənir.[5] Standart ispan dilini bilən təkdilli şəxslər üçün onu anlamaq çətin ola bilər. Spanqliş Panamada da geniş yayılmışdır, çünki Panama kanalı 96 il (1903–1999) ABŞ-ın nəzarətində olmuş və bu, yerli cəmiyyətə, xüsusilə də Panama kanalı zonasında yaşamış insanlara böyük təsir göstərmişdir. ABŞ-da ispan mənşəli əhalinin sayı 2000-ci ildən 2020-ci ilə qədər 35,3 milyondan 62,1 milyona yüksəlmişdir.[6] İspanlar ABŞ-da ən böyük etnik azlıq qrupuna çevrilmişlər. Onların 60%-dən çoxu Meksika mənşəlidir. Meksika əsilli amerikalılar isə ən sürətlə böyüyən qruplardan biridir. Onların sayı 2000-ci ildə 20,9 milyondan 2021-ci ildə 37,2 milyona yüksəlmişdir.[7] Spanqlişlərin 58%-i Kaliforniyanı özlərinə yeni yaşayış yeri kimi seçmişdir. Onlar Meksika əsilli amerikalıların və digər ispan icmalarının üstünlük təşkil etdiyi Cənubi Kaliforniyada geniş yayılmışdır.[8]

Spanqliş nümunələri

[redaktə | vikimətni redaktə et]

Spanqlişin yaranması, əsasən, Latın Amerikası ölkələrindən olan ispan dilli insanların Şimali Amerikaya, xüsusən də ABŞ-a axını ilə əlaqədardır.[9] İki nəfər ikidilli şəxs bir-biri ilə danışarkən kod dəyişməsindən istifadə edə bilər: "I'm sorry I cannot attend next week's meeting porque tengo una obligación de negocios en Boston, pero espero que I'll be back for the meeting the week after" — bu ifadə "Bağışlayın, gələn həftəki iclasa qatıla bilməyəcəyəm, çünki Bostonda iş görüşüm var, amma ümid edirəm ki, bir sonraki iclas üçün geri dönəcəyəm" mənasını verir. Bu spanqliş nümunəsində kod dəyişməsindən istifadə olunmuşdur. Kod dəyişməsi insanlar arasında mübahisələrə səbəb olmuşdur, çünki bəzi insanlar bunu "ispan və ingilis dillərinin pozulması, "dil çirkliliyi" və ya "irqi baxımdan aşağı təbəqənin dili" kimi görürlər.[10]

  1. Everson, Michael. "Registration form for 'spanglis'" (text) (ingilis). IANA. June 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2021. A judgement call by the tagger is expected to be made concerning the base prefix to be used.
  2. Lambert, 2017. səh. 13
  3. "Salvador Tió's 100th Anniversary". November 15, 2011. March 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2019.
  4. Nash, Rose. "Spanglish: Language Contact in Puerto Rico". American Speech. 45 (3/4). 1970: 223–233. doi:10.2307/454837. JSTOR 454837.
  5. Ardila, 2005. səh. 61
  6. Funk, Lopez, 2022, "U.S. Hispanic population reached more than 62 million in 2020" graph
  7. Moslimani, Noe-Bustamante və Shah, 2023, "Mexican-origin population in the U.S., 2000–2021" graph
  8. Rothman, Rell, 2005. səh. 1
  9. Morales, 2002. səh. 9
  10. Bonnie Urciuoli, Exposing Prejudice: Puerto Rican Experiences of Language, Race, and Class Arxivləşdirilib oktyabr 7, 2023, at the Wayback Machine (Boulder, Colo.: Westview Press, 1996), p. 38, cited by Arlene Dávila, Latinos Inc.: The Marketing and Making of a People Arxivləşdirilib oktyabr 7, 2023, at the Wayback Machine (Berkeley: University of California Press, 2012), p. 168, and quoted in turn by Viviana Rojas and Juan Piñón, "Spanish, English or Spanglish? Media Strategies and Corporate Struggles to Reach the Second and Later Generations of Latinos." Arxivləşdirilib noyabr 26, 2015, at the Wayback Machine International Journal of Hispanic Media. N.p., Aug. 2014. Web. October 4, 2015.