Somxet bәnövşәsi
Somxet bәnövşәsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Somxet bәnövşәsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Somxet bәnövşәsi (lat. Viola somchetica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 15 sm-ə qədər, gövdəsiz, çılpaq və yaxud az tüklü, kökümsovları qısa, qalıntəhər olan çoxillik ot bitkisidir. Yarpaqları qismən uzun saplaqlıdır. Yumurtaşəkilli və yaxud yumurtavari-üçbucaq, bəzən üçbucaq formadadır, qaidə hissəsində adətən dərin oyuqludur, kənarları dairəvi-dişli, uc hissədə küttəhər və ya sivriləşmişdir, çılpaq və ya çox xırda tükləri olduğuna görə kələkötürdür. Çiçəkləri uzun saplaq üzərindədir, iki ensiz xətli-neştərvari çiçəkaltlığı vardır, ətirlidir, tünd-qırmızı rəngdədir. Qutucuq uzunsovdur, kütdür, çılpaqdır və uzunluğu 6-11 (12) mm-dir. May-iyul aylarında çiçəkləyir, iyul-avqst aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. - subalp və alp qurşaqlarında.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Meşələrdə, daş topaları olan yerlərdə və yüksək dağ çəmələrində rast gəlinir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Viola macroceras subsp. purpurea Kupffer
- Viola purpurea Steven