Skandinaviya Hava Yolları
Görünüş
Skandinaviya Hava Yolları | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Təsis olunub | 1946-cı il | ||||||
Mərkəz hava limanı | Kopenhagen Hava Limanı | ||||||
Donanma ölçüsü | 148 təyyarə | ||||||
Şüar | Xidmət və rahatlıq | ||||||
Qərargahı | Stokholm, İsveç | ||||||
Rəhbər | Fritz Şür | ||||||
İşçi sayı |
|
||||||
Saytı | flysas.com | ||||||
Vikianbarda əlaqəli mediafayllar |
Skandinaviya Hava Yolları və ya SAS (ing. Scandinavian Airlines System (SAS), Skandinaviya Hava Yolu Daşımaları Sistemi (SAS)) — Danimarka, Norveç və İsveçin çox millətli hava yolu daşımaları və bu Skandinaviya ölkələrində öndə gələn aviaşirkətdir.
Mərkəzi İsveçin paytaxtı Stokholmdadır. Sahibi SAS AB dir. Star Alliance-nın bir qurucu üzvüdür və bununla birlikdə Air Greenland, Linjeflyg, Spanair, Thai Airways International və AIRLINE Scanairın da qurucusudur. SAS-ın Estoniya Hava Yollarınınin 49% hissəsini almışdır. Kopenhagen, Avropa və qitələr arası xidmətlər üçün mərkəz kimi xidmət edir. 2006-cı ildə bu aviaşirkət 25 milyon sərnişini daşıdı.