Satirvari steveniyella

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Satirvari steveniyella
Elmi təsnifat
Beynəlxalq elmi adı

Satirvari steveniyella (lat. Steveniella satyrioides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin steveniyella cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3 cd. Nadir növdür.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Çox nadir və tükənməkdə olan bitki növüdür. Azərbaycanda Lerik rayonu (Zərdoni kəndi və Lerik qəsəbəsi ətrafında), Orand çayı vadisində, Azərbaycandan kənarda – Krım, Dağıstan və Qərbi Zaqafqaziya. Kiçik Aziyanın şərqində, İranda yayılmışdır. Aşağı və orta dağlıq qurşaqların meşələrində, kolluqları arasında bitir. Çox az-az rast gəlir.

Toxum vasitəsilə çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri

[redaktə | vikimətni redaktə et]

Olduğu yerin şəraitinin dəyişməsi, dekorativ bitki kimi yığılması.

Qısa morfoloji təsviri

[redaktə | vikimətni redaktə et]

Bütöv kök yumrulu, 1,0–2,5 sm uzunluğunda çoxillik ot bitkisidir. Gövdəsi 20–40 sm hündürlükdə, əsasən uzunsov-oval formalı, qonur-yaşıl rəngli, qırmızı-qonur ləkəli yarpağa malikdir. Çiçək qrupu uzunsov, çox sıx olub, 40–10(13) sm uzunluğunda, 5–18(20) ədəd əyilmiş çiçəklidir. Qalpağı 7 — uzunluğunda, qırmızı-yaşıl rəngli, çiçəkyanlığının üç ədəd birləşmiş xarici yarpaqcıqlarından əmələ gəlmişdir. Dodağı yaşıl-qonur, əsasında qırmızımtıl-qəhvəyi rəngdə, yan dilimləri rombvari, ortadakı uzunsov-xətti, 4 — uzunluğundadır.

Böyük Qafqazın şərqi və Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu, Zardalyu kəndinin ətrafı; Lerik rayonu, Şinabad kəndi, Zuvand, Orand-çay ətrafı). Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə iyun aylarına təsadüf edir. Toxumla və vegetativ yolla çoxalır. Aşağı və orta dağ qurşaqlarında meşə talalarında və kənarında, çox vaxt kolluqlararası, meşə və meşə-kol bitkilik tiplərində rast gəlinir (Juglans regia, Ulmus scabra, Crataegus sp., Cornus mas, Mespilus germanicus, Lonicera caprifolia, Pedicularis condensata). Dekorativ və dərman bitkisidir, xalq təbabətində istifadə olunur.

Sayı və tendensiyası

[redaktə | vikimətni redaktə et]

Bir neçə lokalitetlərdə azalma tendensiyasına meyl müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | vikimətni redaktə et]

Antropogen amillər (otarılma, tapdalanma, əhali tərəfindən intensiv yığılması populyasiyanın azalmasını sürətləndirir).

Mühafizə tədbirləri

[redaktə | vikimətni redaktə et]

Xüsusi mühafizə tədbirləri hazırlanmamışdır. Yayılma yerlərində antropogen təsirin azaldılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi təklif olunur.