41°35′59″ şm. e. 44°05′26″ ş. u.HGYO

Tsalka

Vikipediya, azad ensiklopediya
(Salka səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Tsalka
წალკა
Bayraq Gerb
Bayraq Gerb
41°35′59″ şm. e. 44°05′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.482 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.467 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 5300[2]
Digər
tsalka.gov.ge
Xəritəni göstər/gizlə
Tsalka xəritədə
Tsalka
Tsalka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Salka[3], Barmaqsız[4][5]Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında[6], dəniz səviyyəsindən 1569[7] metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km[6] uzaqlıqda yerləşir.

22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.[8]

3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır.[9]

Tsalka şəhərinin əhalisi[10]
15.1.1959 sa. 15.1.1970 sa. 17.1.1979 sa. 12.1.1989 sa. 17.1.2002 sa.
7 065 5 819 6 245 8 043 1 741

17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.[11]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411[12] nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.[13]

2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.[14]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. Georgian Post. 1805.
  3. Салка // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 274.
  4. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 128.
  5. Zirvə İnformasiya Mərkəzi. "Barmaksız (Zalqa) rayonu" (az.). zim.az. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
  6. 1 2 Значение слова "Цалка" Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine в Большой Советской Энциклопедии
  7. Fallingrain Global Gazetteer: Tsalka, Georgia Page Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine
  8. Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
  9. Отдел по вопросам работы советов президиума верховного совета Грузинской ССР. Грузинская ССР, Административно-территориальное деление на 1 января 1987 года, Издание пятое. Издательство Сабчота Сакартвело. Тбилиси. 1988. стр. 264
  10. Population statistics of Eastern Europe: Cities & towns of Georgia Arxivləşdirilib 2018-05-22 at the Wayback Machine
  11. Ethno-Caucasus, Этнодемография Кавказа: Цалкинский район (1939 г.) Arxivləşdirilib 2022-08-03 at the Wayback Machine
  12. Population statistics of Eastern Europe: 2002 census all places of Georgia Arxivləşdirilib 2012-04-19 at the Wayback Machine
  13. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
  14. Европейский Центр по Делам Меньшинств: Джонатан Уитли. Пути к разрядке напряженности в Цалкинском районе Грузии: роль международного сообщества и государства Arxivləşdirilib 2016-01-31 at the Wayback Machine. ЕЦДМ, Рабочий доклад № 36. Декабрь, 2006